Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ölümünlə dönüb ölümsüz olan ŞƏHİDİM-and yerim bağışla haqqını halal et...

2023-01-21 10:34:37 218185 baxış
Xəbər şəkil

 

Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (ƏLİ İMRAN SURƏSİ 169)

Bu ayə orta məktəb dövrlərindən yadımda qalıb və bununla müqəddəs kitabımızın bizə nə demək istədiyini anlayırıq.Müsəlmanları düşmənlərindən üstün edən ən mühüm prinsiplərdən biri də “Ölsəm şəhidəm, qalsam qaziyəm!” inamıdır.Mənim ailəm əvvəl qaziliklə, sonra şəhidliklə tanış olub. Biz bir ailə, bir tayfa və bir el olaraq, qaziliyin nə, şəhidliyin nə olduğunun şahidiyik… 

İnsan olanın içində hər cür hiss olur. Sevgi, nifrət, cəsarət, qorxu… Kimində çox, kimində bir qədər az… Mən «qorxmuram»-deyən insanlardanam. Bu dünyada tək məni yaradan Rəbbimdən başqa qorxduğum hec kim və hec nə yoxdur…Mən dərin dəryalarda boğulmaqdan qorxmuram. Amma Şəhid analarının dərya kimi dərin, qəmli, kədərli, ümidsiz, yaşlı gözlərinə baxmağa qorxuram. Elə düşünürəm ki, o gözlərə baxsam ucu-bucağı görünməyən qəm dənizinə düşmüş olaram… 

Mən oddan, atəşdən  qorxmuram. Amma əyilməkdən, sınmaqdan çox qorxuram. Bəzən mənə elə gəlir ki, ən mohkəm metalları əridən domna sobalarına düşsəm belə od məni yandırmaz…  Dünyanın heç bir maddi neməti ilə məni sındırmaq olmaz. Amma bir şəhid atasınının əyilən qamətini, bükülən belini, çarəsiz baxışlarını  görəndə, çəkdiyi ahu-naləni eşidəndə, od tutub yanıram. Yaşadığıma görə utanıram. Yanıb kül olmadığıma  görə özümü qınayıram. Qarşısında qamətim əyilir. Az qala min yerə parçalanıb, çilik-çilik olam...

Allahın yaratdığı ən ali, şüurlu, dərrakəsi, qurub yaratmağı bacarığı olan insanam. İçimdə hər cür hiss var.Təbiəti, gülləri, ormanları, meşələri, çayları, bir sözlə bütün gözəllikləri sevirəm. Təbiət vurğunu, yaşam həvəsliyəm. Bütün bunlara rəğmən Şəhid olmuş ərinin namusunu hər şeydən uca tutan, hisslərini, şəhvətini əri ilə dəfn edib sevgisini yaşadan, Şəhid ərinin əmanət övladlarını sinəsinə sıxıb  həyatı, sevgini, xoşbəxt  gələcəyi və təsəllini  övladlarının  gələcəyində, özünün təmiz adında  tapan, dağlar qədər uca, qollu budaqlı ağaclar qədər möhtəşəm, qüvvətli və qüdrətli Şəhid xanımlarını görəndə bu dünyanın bütün gözəlliklərini onlara bağışlamaq istəyirəm.

Mən saçları ata sığalı görməyən, gözləri sevgi dolu ata baxışlarına baxmayan, ata nəvazişinin nə olduğunu bilməyən və yetərincə ata qayğsı görməyən, nisgilli Şəhid övladlarının yanında övladlarımdan danışmağa, gülməyə qorxuram, utanıram. 

Mən nişanlısını, sevdiyi oğlanı, sevgilisi ilə sevgi hissini də dəfn edib, için-için ağlayan, nakam sevgisi gözlərində sellənib selə dönmüş, susuzluqdan yanıb saralmış körpə fidana bənzər gənc qızların ümidsiz gözlərinə baxmaqdan çox qorxuram. 

Bilirsiniz, bir də ən çox nədən qorxuram?
Şəhid məzarlarından boylanan şəkillərə baxmaqdan… Həyatlarını, arzularını,  sevdiklərini vətən sevgisinə qurban verib, vətəni yaşadan qəhraman oğulların mənalı baxışlarına baxmaqdan, qorxuram. Məzar daşından aralanıb gedərkən arxamca boylanan məsum gözlərdəki mənanı oxuya bilməməkdən qorxuram…

Bağışla bizi ŞƏHİDİM

Bu gün yenə hamımızın yolumuz sənin yatdığın müqəddəs xiyabandan düşdü. Qan izlərin olan torpaqdan. Gülə-gülə qurban getdiyin torpaqdan... Hər damlayan qanından yarpaq-yarpaq göyərən ana torpağindan. Halallıq almağa gəldik...

Addım-addım əldə etdiyin azadlığın qanından süzülən sevinc dolu göz yaşlarını halal et. Göz yaşına boğulub yenidən doğulduq. Yenidən doğulmağımızı halal et, ŞƏHİDİM...

Əllərindən, ayaqlarından, gözlərindən zinət vurmusan. Vətən torpağı böyüsün, bütövləşsin deyə qaraca torpağa dönmüsən buralarda. Üzümüz ağ olsun deyə, qara torpağa dönən ŞƏHİDİM, halal et...

Bağışla… Sənin canını qurban etdiyin torpaqda özümüzə ev-ocaq qurduq. Sənin qurban olduğun yerdə qurban kəsdik. Bağışla bizi, ŞƏHİDİM…

Qanınla suvarılan torpağı əkib-tökdük. Ac qalmamaq üçün qızıl sünbüllü buğdanı üyüdüb yurd ətirli çörək bişirdik... Burnumuza bir qoxu gəldi. Sənin qoxun, şəhidim… Günlərlə ac-susuz qalıb bizə bu toxluğu yaşatdığın üçün halal et.

Eh... Hələ həyətdəki yüzillik çinar ağacından bir yelləncək asdıq... Uşaqlarımız atasıyla əylənsin deyə... Bağışla, nə olar... Sənin övladlarının əlindən alınan uşaqlıqlarına bağışla.... Ata nəvazişinə, ata qoxusuna tamarzı qoyduğun körpənin "Ata, hardasan?" deyən həsrət dolu səsinə, baxışlarına bağışla bizi...

Oğlumuza, qızımıza, nəvəmizə, nəticəmizə nişan aparıb, toy çaldırırıq, sənin qanınla qırmızı nişan örpəyinə bürünmüş bu torpağın üstündə. Halal et, ŞƏHİDİM! Nakam ömrünə, yarım qalan nişanına, toyuna bağışla bizi...

Oxuduğun Vətən mahnısının sədalarına "Heyvagülü", "Qaytağı", “Nazeləmə", "Vağzalı" sədalarını qatırıq. Yadımızdan çıxmasan belə, yenə də gülə-gülə rəqs edirik. Üzündə donan nurlu təbəssümünü bizi bağışladın?! Halal et, ŞƏHİDİM...

Rahat evimdə, azad torpağımızda oturub sevdiklərimizlə, dostla, tanışla telefonla şirin-şirin söhbət edirik. Övladlarımızın telefon mesajlarına gözəl xəbərlərlə cavab veririk. Şəhidim, yarım qalmış sözünə, yazdığın son mesajlarına bağışla. “Anamdan muğayat olun”, “ Övladlarım sizə əmanət. Təki Vətən sağ olsun!”, “Mən ölsəm ağlamayın, yerim narahat olar”. Bu qürur dolu, sevgi dolu cümlələrin ağırlığına, acısına, həsrətinə bağışla bizi, ŞƏHİDİM…

Son anında, üçrəngli bayrağı anan kimi bağrına basıb göy üzünə ucalarkən cavabını ala bilmədiyin suallarına bağışla bizi. Halal et, ŞƏHİDİM!

Harada xarıbülbül çiçəyi görsək, sən ürəyimizdən keçəcəksən. Həyətimizdə, evimizdə bu çiçəyi yetirib bitirəcəyik. Yaşadacağıq səni. Polad kimi möhkəm, sınmayan ruhuna, çiçək kimi solan zərif cisminə bağışla bizi, ŞƏHİDİM!

Özünü qurban verib, Vətəni əmanət etdiyin və Vətənə əmanət etdiyin övladlarına, anana, bacına, atana, sevdiklərinə bağışla bizi. Haqqımızı düşməndən alıb, haqq dünyasına qovuşanım, özünün gələcəyinə Vətən adında qırmızı bir xətt çəkib, bizi bizə, keçmişimizə, gələcəyimizə qovuşduranım, HALAL ET, HALAL ET, ŞƏHİDİM!  

PS: Şəhid anasının fəryad cəkib ağladığı bu foto məni hədsiz kədərləndirdi,ürəyim doldu.Oğlunun baş daşının yanında  göyüm-göyüm göynəyən ana...33 il keçib arzuları sınıb tökülən, bahar ömrü payıza, qışa dönən ana səbir edə bilibmi?! Unuda bilibmi canından olan parçasını?! Əsla...Çünki o, nəfəsini də itirib. Nəfəsi kəsilib ağacda bir budağa yapışıb qalan quş kimi burada yapışıb qalıb məzar daşına. Yaralı, sahib­siz kimi qalıb. Göy­də uçan quşlar, yerdə axan sular, daşlardan sızan bulaqlar kimi hüznlü qalıb... İndi saçının ağını üzünə töküb bir Şəhid heykəli önündə ağla­yır. Hərdən də, yox hər gün “Oğlum” deyib, əlini üzünə sürtüb gözlərindən öpür. Əlini çəkdiyi üzünü ovcunun içində evə aparır, sabaha kimi qox­layır, sığallayır, ağlayır... Amma…
Darıxan kimi oğlunun yanına onu itirməklə yeni izini tapdığı təzə yola, qara bəxtinin yoluna düşüb adamların arasından ağır addımlarla ləngi­mə­dən, yorulmadan keçir məzarlığa gələn yollara, damla-damla düşən göz yaşlarıyla (yollar danışa bilsəydi, gör nələr danışardı); məzarını qucaqlayanda qara daşındakı şəklini isladan, bəzən də gözlərindən ürəyinə axan yaşlarla illərdir diri ölü olaraq yaşayan ANA...

Ana ağlayır... Ana danışır...Ana fəryadını ərşə çatdırır...

Oğlunun məzarı isə susur... Oğlu məzarında susur... Şəhidim sən susursan, zaman susmur. Sənin ananın suburu (ölüm fəryadı) susmur! Sükut da ölümü içində boğur...
Ananın naləsinə-fəğanına bağışla bizi cənnət qoxulu ŞƏHİDİM...Haqqını halal et!

Sözün bitdiyi yerdi. Söz bitdisə, yazının günahı yoxdur. Qələmim yazmır daha...

 

Aygül Bağırova 
AJB üzvü





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03