Millət vəkili Fəzail Ağamalı Birinci vitse-prezident Mehriban xanımı təbrik etdi
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, İSESCO-NUN XOŞMƏRAMLI SƏFİRİ, XANIM MEHRİBAN ƏLİYEVA
Hörmətli, Mehriban xanım!
Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin Dünya Azərbaycanlılarının həmrəyliyinin və milli birliyimizin qorunmasına və möhkəmlənməsinə böyük töhfələriniz danılmazdır. Möhtərəm cənab prezidentimiz İlham Əliyevin ən sadiq silahdaşı kimi Azərbaycanın çiçəklənməsi, onun dünya miqyasında nüfuzunun artması naminə gərgin işiniz, Vətənə, xalqa sədaqətiniz danılmazdır və bütün bunlar Sizə xalqımız arasında böyük rəğbət, sevgi qazandırmışdır. Birinci vitse-prezident kimi genişmiqyaslı və yorulmaz fəaliyyətiniz Azərbaycan dövlətçiliyinə əhəmiyyətli töhvələr verməkdədi.
Müzəffər Ali Baş komandan, möhtərəm, cənab prezident İlham Əliyevin 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatının gedişində onunla bərabər olmağınız, qazilərlə görüşdə Azərbaycan xanımı və ana kimi göz yaşları içərisində kövrək anlar yaşamağınız hər birimizdə Sizə qarşı sonsuz övlad, qardaş, ata məhəbbətini daha da möhkəmlətdi, onu qəlbimizdə əbədiləşdirdi.
Hörmətli, Mehriban xanım!
44 günlük Vətən müharibəsinin həyacanlı və gərgin anlarında olduğu kimi, ondan keçən son iki ildə də Müzəffər Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevlə birlikdə işğaldan azad edilən torpaqlarımıza çoxsaylı səfərləriniz, aparılan quruculuq və bərpa işlərində, təməl qoyma prosesində fəal iştirak etməyiniz, prezidentimiz, əqidə və həyat yoldaşınızla birgə addımlayaraq yeni-yeni uğurlara imza atmağınız Sizə böyük nüfuz qazandırmışdır.
Sizin xeyirxah əməlləriniz davam edir. Şəhid ailələrinə, qəhrəman qazilərimizə, Vətən müharibəsi iştirakçılarına göstərdiyiniz qayğı və diqqət cəmiyyətimizdə yüksək qiymətləndirilir, Sizə olan rəğbəti daha da artırır.
Sizi bir daha Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, Sizə, ömür-gün yoldaşınız cənab prezidentimizə, övladlarınıza və nəvələrinizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi, çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Dərin hörmət və ehtiramla,
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri,
Milli Məclisin deputatı