Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Xalqın birlik və həmrəylik səsi

2022-12-19 19:38:59 416 baxış
Xəbər şəkil

 

Ermənilərin Azərbaycan bayrağı altına keçid dövrü başlayır

Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin etiraz aksiyası artıq 8-ci  gündür ki, davam edir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun dekabrın 3-də və 7-də sülhməramlı kontingentin komandanlığı ilə apardığı müzakirələr, təəssüf ki, hələ də bir nəticə verməyib. Ekofəalların tələbinə baxmayaraq, monitorinqə hələ də imkan yaradılmayıb. "Qızılbulaq" və "Dəmirli" yataqlarının qanunsuz istismarı dekabrın ilk günlərindən ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Ölkə gündəmi ilə bərabər dünya dövlətlərinin  bir neçə gündür ki, diqqəti bu məsələyə yönəlib. Öz öhdəliklərinə sadiq qalmağı bacarmayan, dövlətlərarası münasibətlərdə qeyri-sabit, dəyişkən xarakter nümayiş etdirən, imzasını və sözünü urvatdan salan mənfur düşmənin bu məsələ ilə bağlı açıqlamalarının və məramı sülh olmayanların  missiyasının davranışlarının da, həmçinin, izahı yoxdur!
Rusiya Müdafiə Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın, eləcə də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin tələblərini kobud şəkildə pozduğu açıqlamalarında bildirsədə, Azərbaycanı eyni sənədlərdə yer alan müddəalara əməl etməməkdə suçlamağa çalışsada iki ildir ki, bütün olanlara göz yuman Azərbaycan hər zaman görüntülərdə "xidmət yerlərində" vəzifə başında dayanmış ermənilərin  kef məclisində badə qaldıran"Məzlum" erməni xalqının, "Bayraktar" görəndə ürəyi partlayan Aşotun, "Xəzərdə üzmək adı ilə" evindən çıxıb bu gün həqiqətən Xəzərin sahilində həbsxanada olanların sağlığına içən məramı sülh olmayan “ sülhməramlıların” kimə və nəyə xidmət etdiyini yaxşı görür. Vaxtilə "taktiki olaraq geri çəkilmə" strategiyasından istifadə edib bütün dünyaya rəzil olan erməni dövləti bu gün məhz videodakı həmin o əyyaşların "zəmanəti" altındadır.Əslində biz bu kimi xəyanətkar ünsürlərin dırnaqarası siyasətlərinə çoxdan bələdik və hər dəfə də onlar rüsvay və rəzil olaraq son anda öz qınlarına çəkilmələrinə şahidlik etmişik. Necə ki, 8 gündür əlisilahlı “sülhməramlıların” qarşısına əliyalın çıxan vətəndaş cəmiyyəti mübarizlərimizin bu saata qədər qarşısına çıxıb onların suallarını cavablandırmağa cəsarəti olmayan Volkovun qaçıb gizlənməsi  kimi... 
Satqınların bədniyyət əməlləri  isə Azərbaycan xalqının dahada hiddətinə səbəb olur. Xalqın istifadə etdiyi "yumşaq güc" siyasəti həm erməniləri, onların havadarlarını, həm də rusları çaşqınlıq vəziyyətinə salıb və qarşı tərəfi vəziyyətdən çıxmaqda aciz edib. Aksiyanın ilk günü Rusiya prezidenti Putinin İlham Əliyevə zəng etməsinə baxmayaraq, aksiyanın davam etməsi və rus "sülhməramlı" kontingentinin (RSK) komandanı general Volkovun aksiyaçıların qarşısına çıxmaması təbii ki, Moskvadan təlimatın hələ də olmaması əlaqəli və Azərbaycanla razılaşmanın hələ mümkünsüzlüyü ilə bağlıdır. Təbii ki, Azərbaycan isə öz məqsədlərinə güzəştsiz və isarrlı olması onun hərb-siyasi iradəsinə söykənir. Azərbaycan indiki məqamda Laçın dəhlizinin bağlanmasında deyil, onun nəzarətə götürülməsində maraqlıdır.

Erməni toplumunu qorxudan ETİRAF: Artsax erməniləri humanitar fəlakət qarşısındadır, heç bir dövlət Laçın yolu ilə bağlı konkret təminat vermir

Aksiyadan təşvişə düşən Ermanistan hakimiyyəti və xalqı mülki azərbaycanlıların keçirdiyi aksiyaya siyasi don geyindirərək, onları çətin günlərin gözlədiyini bildirirlər. Hətta həyasızlıqlara qapılaraq, utanıb-qızarmadan Azərbaycanı dövlətini “soyqırımla” ittiham etməklə öz daxillərindəki çirkablarını aşkarlıqla ortaya qoyurlar. Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının deputat fraksiyası ilə görüşündə Laçın yolu ilə bağlı məsələni müzakirə edib. Müzakirələr zamanı bəzi məsələlərə aydınlıq gətirilib.Baş nazir, faktiki olaraq, “Laçın dəhlizi nə vaxt açılacaq” sualına aydın cavab verə bilməyib. Sözügedən məsələ ilə bağlı Paşinyan deyib ki, hakimiyyət müxtəlif ölkələrin strukturları ilə təmasdadır, lakin bu dövlətlərin heç biri dəhlizin açılması ilə bağlı konkret və aydın təminat vermir.
 Artsax prezidenti Arayik Arutyunyanın açıqlamasında isə, Artsax ermənilərinin humanitar fəlakət qarşısında olduğunu və bu vəziyyətdə  Rusiya sülhməramlı kontingentinə öz missiyasına sadiq qaldıqlarına görə minnətdarlığımızı bildirərək,  günlərdir ki, təxribatlara, nümayişkaranə təhqirlərə və nifrətə yol vermədən möhkəm və qətiyyətlə Artsax xalqının yanında olduqlarını açıqca etiraf etdi. Heç vaxt Rusiyaya təzyiq etmək və ya onun nüfuzuna xələl gətirmək üçün alət olmayacaqlarını bildirən  Arutyunyan Rusiyanın problemləri diplomatik və dialoq yolu ilə həll edəcəyini qeyd edib.
Ermənistanda isə etiraf edilir ki, Azərbaycan ictimaiyyəti öz məqsədinə çatmaqda israrlıdır. Bunun qarşısını nə Ermənistan, nə Rusiya, nə də digər qüvvələr ala bilər. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Qarabağda baş verən azərbaycanlı fəalların aksiyası erməni xalqının gözünü bir şeyə də açdı. Biz rusların Azərbaycan qarşısında qorxduğunu müşahidə etdik. Ölmədik, bu günü də gördük. İllərdir Ermənistanda rus bazası olub. İrəvan Rusiyanı qorxmaz, ordusunu güclü bilib. Amma bu günlərdə baş verənlərə baxsaq, dizləri titrəyən rus əsgəri, dilini udmuş rus zabiti görürük. Bir məqamı qeyd edək: Azərbaycanın qarşısında dik dura biləcək ordu varmı? Kimə müraciət edək? Fransaya? İnanın ki, bununla heç nə dəyişməz. Azərbaycanın tələbləri İrəvan tərəfindən yerinə yetiriləcək - bizim arxamızda ruslar yox, fransızlar dursa belə... Azərbaycanlıların gözlərində qaliblik var, bizdə isə - elə ruslarda da – qorxu”. 

Ermənistanın zarıması dünya üçün hansısa əhəmiyyət kəsb etmir

Erməni rəsmilərinin günlərdir  verdiyi bu kimi müsahibələr isə bir daha bütün dünyaya sübut edir ki, ermənilər aciz millətdir və Azərbaycan torpaqlarındakı bir ovuc erməni misli görünməyən həyasızlıqla himayə olunur. Bədxah qonşularımızın bu addımındada bizi  təəccüblənəcək yeni bir hadisə yoxdur.Ermənilər əsrlərdən bəri davam edən və bütün dünyanın bildiyi bir vasitədən istifadə edirlər. Tarixə nəzər salanda , ötən əsrin əvvəllərindən  ermənilər Türkiyə torpaqlarında özlərinin törətdikləri hadisələri heç bir zaman baş verməyən soyqırımını  zorla türk dünyasının ayağına yazmaq istəkləri,  biz beynəlmiləlçilik havası altında uyuyarkən, onların "Böyük Ermənistan" qurmaq xəyalları,  XX əsrin sonlarında qloballaşan, sülh şəraitində yaşayan dünyada illərdən bəri sığındıqları torpaqlarımızı öz torpaqları elan etmələri, müharibəyə başlamaları azərbaycanlıları öz əzəli-əbədi torpaqlarında qaçqına, girova çevirmələri onların xislətlərinə bir nümunədir. 30 ilə yaxın bir zaman ərzində yüzminlərlə azərbaycanlının köçkün həyatı yaşamasında,  halal torpaqlarımızın viran edilməsində və sayı saydıqca tükənməyəcək qədər çox olan müharibə cinayətlərində, amansız terror aksiyalarında Ermənistan qədər pay sahibi olanlar isə bu gündə başları heç bir məsələdə bir araya gələ, ortaq mövqe sərgiləyə bilmir. Son iki il ərzində demək olar ki, hər gün ermənilərin Azərbaycan ordusunun mövqelərini atəşə tutması barədə məlumatlar verilir. Rüsvayçı ordunun döyüş meydanından dabanına tüpürüb qaçan hərbçilərinin atəşkəsi pozmağa necə cəsarət etməsi yəqin ki, hər kəsi düşündürür.Bu gün ki məqamda isə bütün suallara aydınlıq gəlir: Sən demə, erməni hərbçinin onu döyüş meydanından iti qovan kimi qovan orduya atəş açmasına cəsarətləndirən "yediyi şir ürəyi" deyil, içdiyi "aslan südü" imiş.Özünü onların kölgəsində  “demokratiyanın qladiatoru” kimi hesab edən , Ermənistan isə verdiyi bəyanatlarla elə zənn edir ki, dünya arenasında onların son çırpıntıları demokratiyanın vacibiyyət formulu kimi qiymətləndiriləcək, düşüncələrdə leqallaşacaq və dəstək qazanacaqdır.Ortada isə bir reallıq var. Azərbaycanın ərazi bütövlüyü Azərbaycan xalqının keçilməz qırmızı xəttidir.Rusiya sülhməramlıları  5 il müddətinə torpaqlarımıza gəlsələr də  2 il ərzində öz qərəzli mövqeləri ilə bütün etimad limitlərini alt-üst ediblər. Bundan sonra isə həm Rusiya Müdafiə Nazirliyinin, həm də onun məramı sülh olmayan missiyasının etimadını bərpa etmək mümkün deyil.Prezident  İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransındakı çıxışında bildirdi ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan yararlanır. Prezident, eyni zamanda, müharibə dönəmindəki əminliklə İrəvanın siyasi gedişlərinin ona kömək etməyəcəyini vurğuladı və İrəvana hər hansı xarici qüvvəyə ümid bəsləməməyi tövsiyə etdi. Görünən budur ki, Ermənistan tövsiyə dilindən anlamır. O zaman Paşinyan və onun tərəfdarlarının dili ilə deyək ki, Laçın yolu açılmayacaq. Üstəlik, ərazidə Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə yekunlaşacaq.
Bu gün soyuq-şaxta demədən aksiyada məğrurluq  nümunəsi sərgiləyən Azərbaycan xalqı isə hər zaman ağı-qaradan seçməyi bacarır və öz dövlətinin, Müzəffər Ali Baş Komandanının, qalib Prezidentinin ətrafında sıx birləşib. Xalqın dünyagörüşündə və Azərbaycan dövlətinin siyasətində heç vaxt dəyişməyəcək bir gerçəklik var: Qarabağ Azərbaycandır! Həm də istisnasız olaraq!

Aygül Bağırova





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03