Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Media nümayəndələri KTM-də icbari tibbi sığortanın təşkili ilə tanış olublar

2022-12-06 14:36:52 163 baxış
Xəbər şəkil

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzə (KTM) media-tur təşkil olunub.Media-turun məqsədi media nümayəndələrini KTM-in fəaliyyəti, icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadəetmə prosesini izləmələrinə imkan yaratmaqdır.KTM-in direktoru Könül Ələkbərov icbari tibbi sığortanın tətbiqindən sonra struktur dəyişikliklərinin həyata keçirildiyini və Nəsimi, Yasamal və Səbail rayonları üzrə bir neçə tibb müəssisəsini özündə birləşdirən “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin yaradıldığını qeyd edib: “Sığorta tətbiq edildikdən sonra tibbi xidmətlərin əlçatanlığı baxımından xəstəxanaya müraciətlərin sayı artıb. 2020-ci il pandemiya dövrünə təsadüf etdiyi üçün müqayisəni 2019-cu il ilə qeyd edəcəm. Məsələn, 2019-cu ildə ambulator tibbi xidmət üçün 65 242 müraciət daxil olmuşdusa, 2021 və 2022-ci illərdə müraciətlərin sayı müvafiq olaraq 108 606-ya və 276 835-ə qədər yüksəlib. Cari ildə stasionara qəbul 22 166, cərrahi əməliyyat sayı isə ötən il ilə müqayisədə 3 dəfəyə yaxın artaraq 9762 olub”.İcbari tibbi sığortanın yaratdığı imkanlar hesabına KTM-də yeni tibbi şöbələrin yaradıldığı, müasir tibbi avadanlıqların (EXO, EKQ, USM, KTQ, Kolonoskopiya və s.) alındığı, Türkiyədə və Avropanın digər ölkələrində təhsil almış uzmanların işə cəlb olunduğu diqqətə çatdırılıb: “KTM-də Urologiya, Neyrocərrahiyyə, Torakal cərrahiyyəsi, Endoskopiya şöbələri yaradılıb. KTM-in tabeliyində ölkəmizin ən böyük Hemodializ Mərkəzi fəaliyyətə başlayıb. Kəskin və xroniki hemodializ xəstələrinin Mərkəzdə müalicə edilməsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün əlavə hemodializ aparatları alınıb, çarpayı sayı 81-ə çatdırılıb. Hemodializ Mərkəzində Nefrologiya şöbəsi yaradılıb. Burada böyrək mənşəli hipertenziya, xroniki böyrək çatışmazlığı, kəskin böyrək çatışmazlığı və s. kimi xəstəliklərin müalicəsi aparılır”.Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova media nümayəndələrinə bildirib ki, Agentliyin əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır: “Keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə infrastrukturu və kadr təminatı ilə bağlıdır. KTM-də yaradılan bu şərait, yüksək ixtisaslı kadrların olması icbari tibbi sığortanın uğurlu tətbiqinə və əhalinin xidmətlərdən rahat istifadəsinə imkan verir. Nəticələr də bunu göstərir. Belə ki, bu il ərzində ümumilikdə 127 732 pasiyentə 1 370 000-dən çox tibbi xidmət göstərilib. KTM il ərzində ən çox xidmət göstərən 10 tibb müəssisəsi arasında 4-cü yerdədir. İcra olunan əməliyyatlar əsasən həzm sistemində, əzələ-skelet sistemində, burun, ağız və udlaqda aparılıb”.Media-tur zamanı jurnalistlər pasiyentlərin tibb müəssisəsinə ilkin müraciət prosesi, icbari tibbi sığortadan istifadə qaydaları, diaqnostik müayinə otaqları, o cümlədən bir neçə tibbi şöbənin fəaliyyəti ilə tanış olublar. Həmçinin jurnalistlər KTM-də yeni yaradılmış və Cənubi Qafqazın ən böyük Təcili tibbi yardım şöbəsini də gəziblər. Onlar şöbədə yaradılan 2 canlandırma otağı, 8 çarpayılıq mini reanimasiya zalı, 36 yerlik müşahidə otağı, gips və müdaxilə otağı, o cümlədən ginekoloji otaq və uşaqlara təcili tibbi yardımın göstərilməsi üçün yaradılan zallarla tanış olublar.

06.12.2022

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Image description

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03