Pula görə kişiliyinizi mənliyinizi şərəfinizi satmısınız
Müəllif yazısında yazılan hər bir söz, cümlə bir daha sübut edir ki, bu gün vicdanlı, düzgün, insani keyfiyyətləri olan jurnalistlər var. Qadın: ANADIR, bir övladın anası, bir valideynin övladı, qardaşın bacısı, bir kişinin qeyrəti, namusudur. O vaxtın kişiləri qadının adını dilə almağa, ona baxmağa belə cəsarət və elimizin, obamızın adət-ənənələrini bu kişilik xüsusiyyətlərilə yaşadıblar. Zəmanə dəyişir deyənlər: Xeyr! zəmanəni sizlər bu hala salmısınız. Şəxsi həyatlar müzakirə obyekti edərək, insanları şantaj obyektiniz etmisiniz. Pula görə kişiliyinizi, mənliyinizi, şərəfinizi satmısınız. Qadın ictimai-siyasi fəaliyyəti göz önündədirsə heç kimə ixtiyar verilməyib burnunu onun həyatına soxsun, düz olmayan informasiyanı mətbuat, sosial şəbəkələr vasitəsilə yaysın. Ən azından düşünün və dərk edin ki, sizi Hacılelylək gətirməyib. Sizi dünyaya "QADIN" gətirib. Bu ad sizilərin evində ana, bacı, yoldaş kimi var. Siz öz qadınınıza rəva bilmədiyinizi niyə yüzlərlə uşaqlara analıq edən, xeyrirhax əməllər sahibi olan bir xanıma rəva bilirsiniz. Bu gün utanmaya, bunun cavabaını o illərin kişilərinin haqq hesabı kimi verməyə bilərsiniz. Amma Allah böyükdür. Nahaq yerdə qalmır, bəlkə gec, bəlkə də tez insanın qarçısına çıxır. Bu dünyada da, o dünyada da. Qadın müqqədəsdir, onun ahını, ona deyilən böhtanı, göz yaşlarını göydəki Uca Tanrım görür. Bunun bir gün məşəl, dar günü olacaq. Heç olmasa o gün üçün özünüzə bağışlanmağa, əfh dilənməyə bir az yer saxlayın.
Həcər Məlikova.