Oğuz sakinləri problemlərini "Açıq mikrofon"da səsləndirdilər
SOCAR "Azəriqaz" İB-nin bölgələrdə keçirdiyi "Açıq mikrofon" aksiyasının növbəti ünvanı Oğuz rayonu olub. "Səyyar qəbul otağı"nda ilk olaraq SOCAR "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin rəis müavini Miramil Kərimov çıxış edərək sakinlərə aksiyanın məqsəd və məramını izah edib. Daha sonra görüş iştirakçıları qaz təchizatında üzləşdikləri problemləri ünvanlayıblar. Əvəz və Ağalar Zakirovların timsalında daha 1 müraciət Mollalı kəndinin qazlaşdırılmasından ibarət olub. Mikrofon önünə keçən Eldəniz Əzizov ona məxsus fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasını istəyib. Aksiyada səslənən digər müraciətlər isə qaz xəttinin yerinin dəyişdirilməsi və küçə qaz xəttinin çəkilməsi kimi məsələləri əhatə edib. Hər bir müraciət Zaqatala RQİİ-nin rəhbərliyi tərəfindən cavablandırılıb.
