Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Şamaxıda toxumçuluğun inkişafına dair beynəlxalq konfrans keçirilib

2022-11-25 16:52:20 200 baxış
Xəbər şəkil

Bu gün Şamaxıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə toxumçuluğun inkişafına dair beynəlxalq konfrans keçirilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, toxumçuluq kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biridir. Ölkədə toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir: “Əhalinin artan qida ehtiyaclarının qarşılanması məqsədilə yeni metod və texnologiyalar tətbiq edilməklə kənd təsərrüfatı məhsulları istehsalında məhsuldarlığın artırılması zəruri tələblərdən birinə çevrilib. Toxumçuluq kənd təsərrüfatının çox vacib sahəsi, aqrar sektorun inkişaf dinamiklərini müəyyən edən təşkil edən amillərdən biridir. Ərzaq təhlükəsizliyinin təmin olunmasının prioritet istiqamətlərindən biri toxumçuluq sahəsində fəaliyyətin səmərəli təşkilidir”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluq sahəsinin əhəmiyyətli paya malikdir. Onun sözlərinə görə, məhsuldarlığın aşağı düşməsinin qarşısını almaq məqsədilə ölkəyə idxal olunan bitkiçilik məhsullarının, əkin və səpin materiallarının, toxumların keyfiyyətinə nəzarət gücləndirilib. Azərbaycana idxal olunan toxumların yeni nəsil virus və bakteriyaları yoxlandıqdan sonra yalnız sağlam və təhlükəsizlik göstəriciləri standartlara uyğun olan toxumların ölkəyə gətirilməsinə icazə verilir. 

Nazirlər Kabinetinin Aqrar və Ekologiya şöbəsinin müdiri Lətif Qasımov vurğulayıb ki, əsas ərzaq məhsulu kimi strateji məhəmiyyətə malik ərzaqlıq buğda istehsalı xüsusi diqqətdə saxlanılmalıdır: “Təcrübə göstərir ki, düzgün sort və keyfiyyətli toxum seçildikdə, eləcə də lazımi aqrotexniki tədbirlər həyata keçirildikdə ölkəmizdə keyfiyyətli ərzaqlıq buğda istehsalını artırmaq mümkündür. Bu istiqamət üzrə dövlət siyasətinin həyata keçirilməsində Kənd Təsərrüfatı Nazirliyi və aidiyyati qurumların müsbət fəaliyyəti qeyd edilməlidir. Toxumçuluğun inkişafı sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi bu sahədə həyata keçirilən islahatların əsas istiqamətlərindəndir”. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov aqrar sahə, o cümlədən toxumçuluqla bağlı sahibkarlarla keçirilmiş görüşlər və onlar arasında aparılmış sorğular, eləcə də toxumçuluq üzrə KOB subyektlərindən daxil olmuş müraciətlər barədə məlumat verib. Onun sözlərinə görə, KOBİA kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına yönəlik proqramların icrasına dəstək göstərir və bu məqsədlə müxtəlif beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq edir.

Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Bitki mənşəli istehsal baş idarəsinin müdiri Mehmet Hasdemir  ölkəsində toxumçuluq sahəsinin inkişafı istiqamətində görülən tədbirlərdən danışıb, əldə etdikləri təcrübələri konfrans iştirakçıları ilə bölüşüb.

FAO-nun ölkəmizdəki nümayəndəsinin müavini Bariz Mehdiyev təmsil etdiyi təşkilatın Azərbaycan höküməti ilə əməkdaşlığı barədə məlumat verib, birgə icra olunan layihələr, toxumçuluğun inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunub.

Konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda taxıl, tərəvəz  toxumçuluğunun və tingçiliyin inkişafının perspektivləri mövzusunda müzakirələr və təqdimatlar keçirilib. Müzakirələrdə toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə,  toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Şamaxıda toxumçuluğun inkişafına dair beynəlxalq konfrans keçirilib Şamaxıda toxumçuluğun inkişafına dair beynəlxalq konfrans keçirilib Şamaxıda toxumçuluğun inkişafına dair beynəlxalq konfrans keçirilib Şamaxıda toxumçuluğun inkişafına dair beynəlxalq konfrans keçirilib Şamaxıda toxumçuluğun inkişafına dair beynəlxalq konfrans keçirilib

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03