Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Yeni Azərbaycan Partiyası daim inkişafda olan və yeniləşən siyasi təşkilat kimi xalqın yüksək rifahını hədəfləyən mütərəqqi ideyaların daşıyıcısıdır

2022-11-25 12:48:35 336 baxış
Xəbər şəkil

Ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür. Ötən 30 il ərzində Yeni Azərbaycan Partiyası uğurlu və şərəfli yol keçərək, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, sosial-iqtisadi inkişafında, ölkəmizdə demokratik siyasi sistemin güclənməsində, vətəndaş həmrəyliyi və milli birliyin təmin olunmasında, həmçinin ən müxtəlif sahələrdə əldə olunan misilsiz nailiyyətlərdə özünəməxsus rol oynamışdır. Yeni Azərbaycan Partiyası 30 illik fəaliyyəti dövründə ictimai maraqlara uyğun fəaliyyət göstərməklə yanaşı, zamanın da nəbzini tutmuş, öz fəaliyyətini daim təkmilləşdirmişdir. 
21 noyabr tarixində Yeni Azərbaycan Partiyası təsis olunmasının 30 illiyini təntənə ilə qeyd etdi. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin tədbirdəki proqram xarakterli, dərin məzmunlu nitqi bir daha 30 illik çətin və şərəfli yolun, bu fonda perspektivlərin təqdimatı oldu. 
Siyasi səhnəyə "Yeni, müstəqil Azərbaycan uğrunda" şüarı ilə ayaq basan YAP Ulu Öndər Heydər Əliyevin Azərbaycanı yenidən inşa etməsində, müasir, müstəqil dövlət quruculuğu prosesində fəal rol oynamışdır. Bununla yanaşı, YAP cəmiyyətə hər zaman yenilikləri təqdim edən siyasi təşkilat kimi özünü təsdiq etmişdir. Bu mənada partiyanın qurultaylarının və bu qurultayların qəbul etdiyi qərarların xüsusi əhəmiyyəti vardır. 1999-cu ildə keçirilən ilk qurultaydan bəri Yeni Azərbaycan Partiyasının təkcə üzvlərinin sıraları əhəmiyyətli dərəcədə genişlənməmiş, eyni zamanda YAP öz fəaliyyətini nəzərəçarpacaq dərəcədə yeniləmiş, daha da güclənərək nəinki ölkəmizin, eləcə də regionun ən böyük siyasi təşkilatına çevrilmişdir. Əlbəttə, burada ilk növbədə partiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevə Azərbaycan xalqının sonsuz etimadı və sevgisi başlıca faktor kimi çıxış etmişdir. Bununla yanaşı, partiyamızın inkişafına xidmət edən obyektiv və düzgün qərarların qəbul olunması  onun gücünü və nüfuzunu ildən-ilə artırmış, milli dövlətçilik naminə fəaliyyətinin daha da genişlənməsinə rəvac vermişdir. Xüsusilə möhtərəm Prezident İlham Əliyevin YAP-ın 1999-cu ildə keçirilən birinci qurultayında partiyanın Sədr müavini, 2001-ci ildə keçirilən ikinci qurultayında isə partiya Sədrinin birinci müavini seçilməsi partiyaya yeni nəfəs vermiş, partiyamızın sıralarının daha da genişlənməsini şərtləndirmişdir.
Beləliklə, 1993-2003-cü illər Azərbaycanın müstəqillik tarixinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin xilas edilməsi və qorunması, ölkəmizin inkişafının möhkəm təməllərinin yaradılması mərhələsi kimi daxil olmuşdur. Bu illər ərzində Yeni Azərbaycan Partiyası da Azərbaycanın inkişaf siyasətində mühüm rol oynamış, ölkəmizdə sabitliyin və vətəndaş həmrəyliyinin güclənməsinə müvafiq töhfələr vermiş, Heydər Əliyev siyasətinin və bu siyasi kursun xalqımıza qazandırdığı misilsiz nailiyyətlərin əsas təbliğatçısı olmuşdur.
2003-cü ildə Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun dövlətçilik məktəbinin ən layiqli yetirməsi cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin inkişaf tarixində yeni mərhələnin əsasını qoymuşdur. Ali hakimiyyət kürsüsündə Heydər Əliyev siyasətini böyük müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf etmiş, yeni və müasir mərhələdə qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirmişdir. Qeyd etməliyik ki, bu dövr Yeni Azərbaycan Partiyasının həyatında da çox böyük uğurlarla zəngin olan yeni mərhələnin əsasının qoyulması ilə müşayiət olunmuş, 2005-ci ildə keçirilən üçüncü qurultayda möhtərəm Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi ilə YAP yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu illərdə Yeni Azərbaycan Partiyasının sıraları daha da genişlənmiş və bu gün 770 min nəfərdən çox üzvü olan böyük bir siyasi təşkilata çevrilmiş, onun beynəlxalq əlaqələri kifayət qədər güclənmiş, bir sıra ölkələrin siyasi partiyaları ilə geniş əlaqələr qurulmuş, beynəlxalq təşkilatlarda uğurla təmsilçilik həyata keçirilmişdir. 
Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçirilən V qurultayında partiyanın Sədr müavini seçilməsi, 2021-ci ildə keçirilən VII qurultayda isə YAP Sədrinin birinci müavini təyin edilməsi Yeni Azərbaycan Partiyasının inkişaf tarixində vacib amillərdən biri kimi dəyərləndirilməlidir. Bildiyimiz kimi, Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyəti ilə həm Azərbaycanın sosial-iqtisadi inkişafına, ölkəmizdə humanitar məsələlərin böyük uğurla həllinə, həm də Azərbaycan tarixinin, mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin dünyada təbliğ olunmasına müstəsna töhfələr verir. Bu gün Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunması, onun partiya Sədrinin birinci müavini kimi fəaliyyəti həm də YAP-a cəmiyyətimizin etimadının, ona beynəlxalq marağın daha da artmasını təmin etmişdir.
Partiyamız daim inkişafda olan və yeniləşən siyasi təşkilat kimi xalqın yüksək rifahını hədəfləyən mütərəqqi ideyaların daşıyıcısıdır. YAP-ın 2021-ci ildə keçirilmiş VII qurultayında partiyanın yeni Nizamnaməsinin və Proqramının qəbul edilməsi, idarəetmə strukturunun daha çevik və səmərəli fəaliyyəti üçün yeni formata keçirilməsi, qurultay ərəfəsində 6 müxalifət partiyasının YAP-a birləşməsi yeni, daha yüksək hədəflərə çatmaq əzminin ifadəsidir.
Əldə olunan misilsiz nailiyyətlər silsiləsində 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər dövlətçilik tariximizin ən böyük qələbələrindən biridir və xalqımızın çoxəsrlik tarixində öz şərəfli yerini almışdır. Bu şanlı qələbə regionda yeni vəziyyət yaratmış, dövlətimiz qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq, bərpa işləri həyata keçirilir, işğal dövründə tamamilə dağıdılmış şəhər və rayonlarımız, kəndlərimiz bərpa edilir, infrastruktur layihələri reallaşdırılır, yeni yollar çəkilir, hava limanları tikilir. Azərbaycan xalqının tarixi torpaqlarına Böyük qayıdışının əsası qoyulub və bu proses gələcəkdə daha sürətlə həyata keçiriləcək. Yubiley tədbirində cənab Prezident, YAP-nın Sədri cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, “Bu gün Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq”.
Əminik ki, yaxın gələcəkdə bu ərazilər ölkəmizin dilbər guşələrindən birinə çevriləcək. Bu işlərdə cəmiyyətmizin hər bir üzvünün, o cümlədən Yeni Azərbaycan Partiyasının fəallarının da üzərinə həm böyük vəzifələr, həm də böyük məsuliyyət düşür.

Etibar Hüseynov,
Salyan şəhəri, YAP üzvü

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04