Günay Ağamalı :"Birliyimiz bir ömür sarsılmaz və yenilməz olsun"
Ana Vətən Partiyasının Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı Partiya üzvilərini təbrik edib Kanal4.az xəbər verir ki, bununla bağlı Günay xanım şəxsi hesabında paylaşım edib.
Dəyərli Anavətənçilər!
Bu gün Azərbaycanın ictimai - siyasi arenasında öz möhrünü vurmuş Ana Vətən Partiyasının 32 illiyidir.
Tələbəlik illərimdən şərəflə addımladığım Ana Vətən Partiyasının sıralarında olmaqdan, haqq yolumuzda sizlərlə birgə yürüməkdən böyük qürur hissi keçirdirəm.
Cənab Sədrimiz Fəzail Ağamalının ətrafında sıx birləşərək ANA VƏTƏNİMİZ naminə gördüyümüz bütün işlərdə hər birinizə uğurlar diləyirəm! Birliyimiz bir ömür sarsılmaz və yenilməz olsun. Günümüz mübarək!
Günay Ağamalı
Ana Vətən Partiyasının Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri.
24 Noyabr 2022 - ci il