Azərbaycan Respublikası Ədliyyə Naziri, cənab Fikrət Məmmədova
TƏBRİK MƏKTUBU
Cənab Nazir Sizi qarşıdakı peşə bayramınız – 22 noyabr Ədliyyə işçiləri günü münasibətilə
təbrik edir, hüquqi dövlət quruculuğunda, məhkəmə - hüquq sistemində mühüm islahatların
həyata keçirilməsi ilə əlaqədar çətin və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Xalqımız Sizi ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Müstəqil
Azərbaycan Dövlətinin möhkəmlənməsində mühüm xidmətləri olan Dövlət xadimi kimi
tanıyır. Möhtərəm prezidentimiz Cənab İlham Əliyevin müdrik kadr siyasətinə verdiyiniz
böyük dəstək səmərəli fəaliyyətinizdə diqqətəlayiq cəhətdir. Söhbət kadrların düzgün
yerləşdirilməsindən və rəhbərlik etdiyiniz nazirliyin yerlərdəki nümayəndələrin əhaliyə
göstərdikləri nümunəvi xidmətdən gedir.
Bu baxımdan Lənkəran İcra və Probasiya şöbəsinin rəisi Davud Ağayev, Lənkəran 1
saylı Notariat Ofisinin müdiri Səfər İsmayılovun müsbət fəaliyyəti barədə əhalinin razılığını
diqqətinizə çatdırmağı özümə mənəvi borc bildim. Lənkəran şəhərində 1 saylı Notariat Ofisi
üçün tikilən yeni bina öz qapılarını əhalinin üzünə açıb. İndi bu binada vətəndaşlara hər cür
xidmət etmək imkanı vardır.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanovun rəhbərlik etdiyi
kollektiv qanunlarımızın aliliyini həyata tətbiq etməklə bərabər, hər il peşə bayramını
mühüm töhfələrlə qarşılayır. Həmin gün ağacəkmə aksiyasına start verilir. Məhkəmə
binasının yerləşdiyi ərazidə və digər yerlərdə çoxlu ağac əkilir, mövcud yaşıllıqlara aqrotexniki xidmət göstərilir. Eyni zamanda Ədliyyə Nazirliyinin Lənkəranda fəaliyyət göstərən
qurumlarını da aksiyada iştirak etməyə dəvət edir. Belə xeyirxah tədbirlər vətəndaşlarımız
tərəfindən də ehtiramla qarşılanır.
Məlum olduğu kimi möhtərəm Prezidentimiz Cənab İlham Əliyev yerlərdə əhali ilə
görüşlərə xüsusi əhəmiyyət verir. Vətəndaşların müraciətləri və şəxsi qəbullarla əlaqədar
dövlət başçısının tapşırıq və tövsiyyələri Ədliyyə Nazirliyinin daim diqqət mərkəzindədir.
Sizin Cənub bölgəsində vətəndaşların problemləri ilə bağlı keçirdiyiniz qəbulları sakinlər
indi də minnətdarlıqla xatırlayır. Çünki görüşləriniz həmişə işgüzar xarakter daşıyır. Sizə
müraciət edən vətəndaşların problemlərinin əksəriyyəti yerindəcə öz həllini tapır.
Cənab Nazir!
Sizin rəhbərliyinizlə Ədliyyə Nazirliyinizdə qazanılan zəngin təcrübə möhtərəm
Prezidentin ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmlənməsi üçün göstərdiyi etimada
layiqli cavabdır. Təsadüfi deyil ki, Azərbaycanın məhkəmə - hüquq islahatlarına ölkə
hüdudlarından kənarda da böyük maraq göstərilir. Aparılan geniş məhkəmə - hüquq
islahatları Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.
Sevindiricidir ki, Azərbaycan dünyanın 140 ölkəsini birləşdirən Beynəlxalq Antikorrupsiya
Orqanları Assosiasiyasının həmtəsisçilərindən biridir. Həmçinin Ədliyyə orqanlarına
qulluğa qəbulla bağlı keçirilən müsabiqələr tam şəffaflığa xidmət edir. Hər namizəd öz
layiqli yerini tutur.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı və
Azərbaycan əsgərinin rəşadəti sayəsində 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa etdi. Təbii ki, böyük zəfər qəhrəman övladlarımızın qanı bahasına əldə edildi. Xalqımız
çoxlu şəhid verdi. Şəhid və qazilərimizin sosial müdafiəsi və hüquqlarının qorunması
Ədliyyə Nazirliyinin fəaliyyət proqramının tərkib hissəsidir. Qazanılan qələbədə Ədliyyə
Nazirliyinin də öz payı var. Ədliyyə işçilərinin bir neçəsi şəhidlik zirvəsinə yüksəldi.
Döyüşçülərdə ağır yaralanan qazilər isə ailəsinə qayıtdı. Lənkəran İcra və Probasiya
şöbəsinin rəisi Davud Ağayevin oğlu Hüseyn Ağazadə cəbhəyə könüllü getmiş və bir çox
rayonların azad edilməsində rəşadət nümunəsi göstərmiş və möhtərəm Prezidentin fərmanı
ilə müxtəlif medallarla təltif edilmişdir.
Cənab Nazir!
Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Sizi bir daha səmimi təbrik edir, çətin
və şərəfli dövlət fəaliyyətinizdə böyük uğurlar, şəxsi həyatınızda isə möhkəm can sağlığı
arzulayıram.
Hörmətlə: Bəxtiyar Hüseynov,
Prezident mükafatçısı, Azərbaycan
Yazıçılar və Jurnalistlər Birliyinin
üzvü.
050-389-48-90