Xəbər lenti
İrəvanda ticarət mərkəzindəki partlayışda 15 nəfər ölüb, 62 nəfər xəsarət alıb - YENİLƏNİB-11 - VİDEO - FOTO
2022-10-06 07:30:03
145 baxış
İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xilasedicilər dağıntılar altından uşaq meyitini tapıblar, Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Son məlumatlara görə, xəsarət alanların sayı 62 nəfərdir.
***
Saat 02:57
İrəvanın “Surmalu” Ticarət Mərkəzindəki yanğında ölənlərin sayə 10-a çatıb.
APA xəbər verir ki, bu barədə Ermənsitan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Axtarış-xilasetmə işləri davam edir.
Hazırda itkin düşən vətəndaşların ümumi sayı 18-dir.
***
Saat 02:15
Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzinin dağıntıları altından daha bir nəfərin meyit çıxarılıb.
APA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.
Bununla da yanğında ölənlərin sayı 8 nəfərə çatıb.
İtkin düşən şəxslərin sayı isə 22 nəfərdir.
Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzinin dağıntıları altından daha bir nəfərin meyit çıxarılıb.
APA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.
Bununla da yanğında ölənlərin sayı 8 nəfərə çatıb.
İtkin düşən şəxslərin sayı isə 22 nəfərdir.
***
15.08.2022
Saat 08:59
İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 6-ya çatıb.
APA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.
O, 18 nəfərin taleyi barədə məlumat olmadığını, xəstəxanalarda 23 nəfərin müalicə aldığını bildirib.
***
08:57
İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan “Facebook” səhifəsində məlumat verib.
Bununla da hadisə nəticsəində ölənlərin sayı 5 nəfər olub.
Ermənistan Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, 17 nəfər hələ də itkin düşmüş hesab olunur.
Hadisə ilə bağlı cinayət işi açılıb.
***
Tarix 14.08.2022
Saat 22:42
İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha bir nəfər ölüb.
APA xəbər verir bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.
Onun sözlərinə görə, dağıntılar altından bir qadının meyiti çıxarılıb.
Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Son məlumatlara görə, xəsarət alanların sayı 61 nəfərdir.
Hadisə ilə bağlı cinayət işi açılıb.
***
Saat 19:46
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 60 nəfərə çatıb, 2 nəfər həyatını itirib.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.
Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.
***
saat 17.37
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölən şəxs 40-45 yaşlı kişidir. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib.
***
saat 17.28
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb, 1 nəfər həyatını itirib.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
saat 17.15
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb, 1 nəfər həyatını itirib.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ticarət mərkəzinin binasının üç tərəfindən uçmaq təhlükəsi var. Pirotexnika mallar hələ də partlamağa davam edir.
***
saat 15.47
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.
***
saat 14.54
İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər.
İlkin versiyaya görə, pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb.
Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.
***
saat 14.07
Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.
İlkin məlumata görə, xəsarət alanlar var.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi