Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ən şərəfli peşə sahibi - müəllim!

2022-10-05 12:21:17 364 baxış
Xəbər şəkil

 

Şərəf, uca, böyük bir arzudur müəllim olmaq. Hər hansı bir peşəni sadəcə sevməyə bənzəmir. Müəllim olmaq özündə bu peşəyə bağlılıq yaradır. Həm də elə belə yox. Özünü unudacaq qədər. Bütün acılarını, kədərini, həyatın çiyninə yüklədiyi yükləri, qayğıları dərs dediyin sinfin qapısından, məktəbin qapısından çöldə qoyacaq qədər.Müəllim olmaq damarda axan qana bənzəyir. Dursa duracaq həyat. Müəllim olmaq  bütün çətinliyinə, ağırlığına baxmayaraq arzulmaqdır bu peşəni. Deyirlər insan peşəsini 3 halda sevir. 1-peşə ona uğur gətirəndə, 2-bu peşədə xoşbəxt  olanda, 3-yüksək maaş aldıqda. Ancaq müəllimlikdə heç də belə deyil. Əməkhaqqının az olması, ürəyinin sınması, insanların bu peşəyə bir mənalı olmayan münasibəti azaltmır bu peşəyə sevgini...Daha çox, daha çox....Sanki bu peşəyə aclıq yaranmış kimi...istəməkdir müəllim olmaq. Dənizə bənzəyir müəllim olmaq...bəzən sakit...bəzən coşğun...Yağışa bənzəyir müəllim olmaq...susuzluqdan cadar cadar olmuş torpağa yağan yağışa...ya elə bəlkə torpağın özünə?
Uca bir dağa bənzəyir müəllim olmaq....dırmanırsan, dırmanırsan, çətindir, bəzən gücümüz tükənir. Amma yenə çəkinmirik....Arzudur, istəkdir müəllim olmaq....Uşaqların məktəb koridorundakı tappıltılarını, ayaq səslərini eşitmək istəyi, gözlərində daim ucalmaq, sevilmək arzusudur müəllim olmaq. Yorulmaqdır, hər şeydən uzaqlaşacaq qədər yorulmaq. Məktəbdə tətili, tətildə məktəbi arzulamaqdır. Bütün bunlar üçün darıxmaqdır müəllim olmaq....Tez qocalmaqdır, yaşlanmaqdır. Amma bir şey həqiqətdir ki,  eynəyini nurunu itirmiş gözlərinə taxanda, əlini ağarmış saçalarına çəkəndə, döyüntüsü zəifləmiş ürəyində yaşayan vicdanına nəzər salanda şagirdlərinin hardasa uzaq yaddaşlarında yaşatdıqları sevgiyə, hörmətə sahib olmaqdır-müəllim olmaq...

Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara borcluyam!
Rus yazıçısı Maksim Qorkinin bu sözünü həvəslə sitat gətirərdik!
İnsan kimi yetişəndən sonra isə “Məndə olan yaxşı cəhətlərə görə müəllimlərimə borcluyam” fikrini də səmimi-qəlbdən söyləyirəm.
Əslində, uşaqlıqda tamamilə qeyri-adi peşəni arzulamışam.Lakin valideynlərimin "gözdən kənarda qız uşağı oxumaz" fikiri ilə məcburən yaşadığım şəhərin universitetində ali təhsil almalı oldum.Topladığım çox yüksən balla Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinə daxil oldum. Məndən çox valideynlərim sevindilər... Amma mən peşəmi işlədikdən sonra sevməyə başladım və zamanla bu sənətin nə qədər şərəfli olduğunun fərqinə vardım.Universiteti qırmızı diplomla,müvəffəqiyyətlə bitirdikdən kiçik və ucqar kənd məktəbində pedaqoq kimi əmək fəaliyyətimə başladım.Və mən həqiqi hünəri, cəsurluğu yaşadığı yerdən kənarda ucqar yerlərdə dərs deyən müəllimələrdə görürdüm. Məsuliyyəti ağır olsa da bənzərsiz bir qürur mənbəyidir.İlk iş günümdə şagirdlərin həyəcanlı baxışı, səbirsizliklə müəllimlərini gözləməsi məni çox sevindirirdi. İlk dəfə sinifə girdiyim gün, şagirdlərlə tanışlığım heç vaxt yadımdan çıxmır. Mənə elə gəlir ki, uzun illər keçsədə, nə vaxtsa yenidən müəllimlik peşəsi ilə məşğul olsam da, ilk şagirdlərimi heç vaxt unutmayacağam.Amma ilk vaxtlar öz işimin öhdəsindən necə gələ biləcəyimlə bağlı düşüncə məni həyəcanlandırırdı. Buradakı mühit məndə özünəinam formalaşdırdı və ruh yüksəkliyi yaratdı. Valideyin üçün öz övladının sevinc dolu səsini eşitmək necə hissdirsə, müəllim üçün də şagirdlərin məktəb dəhlizindəki səs-küyünü, sinfə girərkən sevgi dolu gözlərini görmək eyni hissdir.Uşaqların ən təmiz hisslərlə göstərməyə çalışdıqları bu sevgini sözlə ifadə etmək mümkün deyil.İlk ilim olmasına baxmayaraq, burada xeyli təcrübə və uğur qazandım.Çünki, nə qədər xoşbəxt olduğumu və necə gözəl bir peşənin içində olduğumu uşaqlar hiss elətdirirdilər. Qürurvericidir. Hansı peşənin sahibinə bu qədər sevilmək qismət olur ki, əziz müəllimlər?!

Hz. Ali demişdir ki, "mənə bir hərf öyrədənin köləsi olaram". Bu ifadə müəllimliyin necə müqəddəs bir peşə olmasının göstəricisidir. Hətta deyərdim ki, müəllim bir bələdçidir. İşini və yolunu bilən bələdçi ilə edilən səyahət xoşbəxt sonluqla bitər. Müəllimlər əsl ayna rolunu oynamalıdır. Ayna qırıq olarsa, ona baxanlar baxdıqları üçün peşman olarlar. İnsan kimlərisə öyrədəndə zövq alır. Ona görə də müəllim ədalətli, düzgün olmalıdır, öyrəndiklərini paylaşmalıdır.Kənd və ya şəhər məktəbi olmasının fərqi yoxdur, məsuliyyət eynidir. Şagirdləri öyrətmək, onların psixologiyasına bələd olmaq, qarşılıqlı əməkdaşlıq hər yerdə eynidir.Müəllim cəmiyyətin memarıdır. Bütün peşə sahibləri nəyisə ərsəyə gətirmək üçün bilik və bacarığını səfərbər edirlər. Müəllimin isə şah əsəri bilik verib sabahına işıq tutduğu, cahillikdən, nadanlıqdan qurtardığı, sözün əsl mənasında, çörək verdiyi mənəm, sənsən, odur, bizik. Yəni bəşəriyyət ona möhtacdır.

Bu yazımda onlar haqqında nəyisə rəngli, boyalı yazmaq fikrindən min ağac uzağam. Bizə şəhidlik zirvəsinin ucalığını da onlar göstərdi. Bizə Vətən uğrunda ölməyi, vuruşmağı, bizə müstəqilliyi qanımız bahasına almağı və qorumağı da müəllimlər öyrətdi.

Böyük Mustafa Kamal Atatürk müəllimlərə müraciətində belə deyirdi: “Cümhuriyyət sizdən fikri azad, vicdanı azad, irfanı azad nəsillər istəyir”.Sevinirəm ki, bu gün asayişi qoruyan, sabitliyin keşiyində ayıq-sayıq dayanan həmkarlarımızın yetişməsində böyük əməyi, zəhməti, işığı olan savadlı, səmimi, dünya təhsil sisteminə inteqrasiya edən müəllimlərimiz, öyrətmənlərimiz var.Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu bundan sonra da xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edərək respublikamız üçün layiqli vətəndaşların yetişdirilməsində səy və bacarıqlarını əsirgəməyəcəkdir.
Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər.
Bu gün cəmiyyətimizdə sadaladığım əsl müəllimlik adına layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən, başda ömrünün 45 ilini pedaqoq kimi fəaliyyət göstərən anam Irada Baqirovanı, eyni zamanda bu adın ən layiqli davamçılarından olan dəyərli insan,zəhmətkeş alim İbrahim Cəfərovu, yetirmələrinin bütün uğurlarını izləyən, diqqətini, məsləhətini əsirgəməyən dəyərli alim,  ziyalı dekanım və qələm dostum Bayram Apoyev Ağrıdağı, bütöv insan, səmimi dövlət məmuru, savadlı pedaqoq, vüqarlı dostum Gunduz Aliyevi, peşəkarlığı, savadı, əsl ziyalı xarakteri ilə seçilən gənc pedaqoq Güntəkin Cəfərovanı və bütün müəllimləri ürəkdən təbrik edirəm.
Bayramınız mübarək, əziz müəllimlər və dəyərli həmkarlar...Gələcəyimiz sizlərə əmanətdir!

Peşələrin içində  müqəddəsdir, 

şərəflidir müəllimlik peşəsi.

Öz nurundan qaranlığa işıq salır.

Bir şam kimi o əriyir. 

Yox olmayır,

İşığından neçəsinə həyat verir.

Peşələrin ən zərifi,

ən gözəli müəllimlik peşəsi.

Zərifdir o zəif deyil.

Qırılmaz o,

Güclüdür o polad kimi. 

Əyilməz o,

Nə olsun ki, bəzən susur.

Bəlkə onun cahillərə cavabıdır?

Çətinliyə düşsə belə, qürurludur.

İtirməyir vüqarını.

Etibarlı bir sirdaşdır.

Həm atadır, həm anadır.

Dayaq olur bəzən quru bircə sözlə.

Bir zinətdir, xəzinədir,

Peşələrin peşəsidir müəllimlik peşəsi...

 

Aygül Bağırova





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03