Xəbər lenti
Bəhruz Məhərrəmov: “Mediasında anti-Azərbaycan yayımları İranın öz imicinə zərbədir”
2022-10-05 07:30:02
217 baxış
“İranda media strukturlarının anti-Azərbaycan yayımları ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinə ziddir və eyni zamanda İranın özünün imicinə zərbədir”.
Bunu APA-ya açıqlamasında İran Dövlət Televiziyasında Azərbaycan əleyhinə təxribat xarakterli süjetə münasibət bildirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, onlar beynəlxalq hüquq prinsiplərinə hörmət etməsə belə, ortaq mədəni tarixi dəyərlərə malik olduğu müsəlman qonşusuna münasibətdə həssas olmağa borcludur: “Çünki Azərbaycan həmişə İrana qarşı səmimi davranıb, ərazimizdən İrana qarşı 3-cü qüvvələrin istifadəsinə imkan verməyib, o cümlədən ölkəmiz İranın Avropaya və Şimala etibarlı çıxış qapısıdır. Azərbaycandakı "məzlum şiələrin müdafiəsinə" qalxan İran təbliğat maşını unutmamalıdır ki, Azərbaycanın son bir neçə əsrdə bölgənin hərbi zəfəri olan yeganə dövlətidir. Azərbaycanın bu qələbəsinin kökündə isə milli vəhdət dayanıb. Prezident İlham Əliyevin nail olduğu bu birlik İranın müttəfiqi olan Ermənistanın islam abidələrinə qarşı 30 illik vandalizminə, məscidlərin donuz damına çevrilməsinə, Məhəmməd ümmətinin qəbirlərinin dağıdılmasına, o cümlədən işğala və təcavüzə son qoyub. Kaş ki, İran mediası şiə təəssübkeşliyini bu məsələlərdə ortaya qoyaydı. Amma nədənsə İslam dövlətinin mediası daha çox erməni-qriqoryan kilsəsi, jurnalistləri isə təcavüzkar erməni keşişləri kimi davranır. Bu, əlbəttə, bizdə təəssüf doğurur, lakin, bu addımların ziyanı bizə yox, elə İran dövlətinin özünədir”.
Deputat qeyd edib ki, İranda başa düşməyənlar anlamalıdır ki, indi bu cür təbliğatla nəyəsə nail olmaq olmaz: “Dövr artıq dəyişib, orta əsrin şallaq təfəkkürü ilə müasir hüquq sisteminə insan hüquqlarından dərs keçmək olmaz. Ona görə də yaxşı olar ki, güc və imkanlarımızı dostluq və əməkdaşlığa, birgə inkişafa sərf edək”.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi