Xəbər lenti
TƏBİB Bakıda doğulan beşəmlərlə bağlı məlumat yayıb - YENİLƏNİB
2022-10-04 23:00:02
85 baxış
TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni doğulan beşəm yerləşdirilib.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, 11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib. Onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.
4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməzlik əlamətləri qeyd olunub.
Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Curosurf” preparatı yeridilib. Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb.
İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir. Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.
Qeyd edək ki, körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.
14:08
“Dünən dünyaya gələn beşəmlərin vəziyyəti normaldır. Uşaqlar hazırda müşahidə altındadır, ana isə evə buraxılıb”.
Bunu APA-ya açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin ginekoloq həkimi Sevinc Qarayeva bildirib.
O qeyd edib ki, ana 33 həftəlik hamiləlik diaqnozu ilə keysəriyyə əməliyyatı edilib. Əməliyyat 20 dəqiqə çəkib:
“Qanama və digər problemlərlə üzləşmədik. Körpələr 4 oğlan, bir qız olmaqla çəkiləri 1 kq 100 qramla 1 kq 800 qram arasındadır. Yenidoğulmuşların inkişafı və səhhəti ilə bağlı hər şey norma daxilindədir. Əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində özəl klinikalardan birində həyata keçirilib”.
Ginekoloq əlavə edib ki, yenidoğulmuşlar Elmi Tədqiqat Pediatriya İnstitutunda müşahidə altındadır:
"Körpələrdən 3-ü adi tənəffüsdədir, ikisinin isə tənəffüsü dəstəklənir. Ümumilikdə uşaqların vəziyyəti normaldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi