Xəbər lenti
Dövlət büdcəsi 6 ay ərzində 1268,9 mln. manat profisitlə icra edilib
2022-10-03 16:30:03
70 baxış
2022-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi ilkin olaraq 3063,0 mln. manat məbləğində təsdiq edilib, sonradan müvafiq qaydada dəyişikliklər edilərək 3106,0 mln. manata çatdırılıb.
APA xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.
Qeyd edilib ki, bu ilin 6 ayı ərzində dövlət büdcəsi 1268,9 mln. manat profisitlə icra edilib. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə hesabat dövrü üçün nəzərdə tutulmuş məbləğ 434,0 mln. manat və ya 31,9% az icra olub ki, bu da 2021-ci ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə 2,1 dəfə azdır.
Hesabat dövründə özəlləşdirilmədən daxilolmalar dövrün proqnozundan az olmuş, dövlət büdcəsinə hesablanılıb, lakin ödənilməmiş borc qalıqlarında artım müşahidə edilib.
Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsindən 25,9 mln. manat daxil olub. 6 aylıq tapşırıq 20,0 mln. manat (44%) az icra edilib, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 mln. manat (19,9%) az olub. 6 ayda 41,4 mln. manat dəyərində dövlət əmlakı özəlləşdirilib. Lakin dövlət büdcəsinə 25,9 mln. manat vəsait daxil olub ki, 15,5 mln. manat vəsait dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq məbləğini artırıb. Bu vəsaitlər üzrə vaxtı çatıb, lakin büdcəyə ödənilməmiş vəsaitlər üzrə qalıqlar dövrün sonuna əvvəli ilə müqayisədə artaraq 25,2 mln. manat təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi