Xəbər lenti
Ağalıda səyyar ədliyyə xidmətləri təşkil edilib
2022-09-29 19:30:02
84 baxış
Vətən müharibəsində qazanılmış parlaq Qələbədən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə işğaldan azad edilmiş ərazilər əsaslı şəkildə bərpa olunur, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini sürətləndirən genişmiqyaslı nəqliyyat, istehsal, ticarət, turizm infrastrukturlarının yaradılması üzrə çoxşaxəli layihələr, nəhəng bərpa-quruculuq işləri həyata keçirilir.
Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, tarixi torpaqlarımızda layiqli yaşayışın bərpasına yönəlmiş nəhəng quruculuq işləri, o cümlədən regionda davamlı təhlükəsizliyin və asayişin təmin edilməsi üçün aparılan minatəmizləmə əməliyyatlarına cəlb olunan xeyli sayda işçilərin hazırda bu ərazilərdə çalışması, eyni zamanda Böyük Qayıdışın ilkin mərhələsi kimi əhalinin Şərgi Zəngəzura köçürülməsi, burada müasir infrastrukturla yanaşı rahat həyat tərzi və dövlət xidmətlərinə əlçantanlığı şərtləndirir.
Bununla əlaqədar Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bu yaxınlarda Şuşa şəhərində keçirilmiş məhkəmə-hüquq islahatlarının mütərrəqi nəticələrinə dair konfransda ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq qarşıda duran yeni, xüsusilə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, o cümlədən bu sahədə xidmətlərin əlçatanlığının təmin olunması ilə bağlı vəzifələr müzakirə olunmuş, tədbirlər müəyyən edilib.
Nazirlik tərəfindən ədliyyə və məhkəmə xidmətlərinin elektronlaşdırılması, o cümlədən mobil tətbiqlər üzərindən göstərilməsi məsələlərinə daim xüsusi önəm verilir.
İctimai tələbatlığı ilə seçilən “Mobil notariat” tətbiqi vasitəsi ilə son dövrdə aparılmış yüzlərlə notariat hərəkəti məhz həmin ərazilərdən müraciət edən vətəndaşları əhatə edib.
“Smart city/Smart village” konsepsiyasına uyğun olaraq yenidən salınmış Zəngilan rayonunun Ağalı kəndində də müasir xidmətlərin təşkili nazirliyinin diqqət mərkəzindədir.
Bu gün ədliyyə işçiləri Ağalı kəndində olaraq innovativ texnoloji dəstək əsasında sakinlərə səyyar xidmətlər göstəriblər.
Bir çox dövlət orqanlarının informasiya resursları ilə inteqrasiya olunmuş Ədliyyə Nazirliyinin informasiya sistemləri vətəndaşlardan əlavə sənəd tələb etmədən xidmətlərin yerində dərhal göstərilməsini mümkün edir.
Vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunan xidmətlər əhalinin ehtiyaclarından irəli gələrək onların gündəlik həyatlarında zəruri olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat əməliyyatlarını əhatə edir.
Həyata keçirilən tədbirlər çərçivəsində həmçinin hüquqi maarifləndirilmə işi aparılmaqla müasir xidmət üsulları barədə vətəndaşlara məlumatlar verilib, onları maraqlandıran məsələlər üzrə zəruri hüquqi yardım göstərilib, xidmət prosedurları və bu sahədə tətbiq elektron resurslar və innovativ həllər haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
Ədliyyə xidmətlərinən heç bir yerə getmədən və sənəd toplamadan yararlanması imkanları Zəngilan rayonunun Ağalı kənd sakinləri arasında böyük rəğbətlə qarşılanıb. Bu növ fəaliyyətin həmçinin “ASAN xidmət” çərçivəsində göstərilməsi də nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi