Salyanda 27 Sentyabr- “Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçirildi
Bu gün Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Salyan rayon kür çayı parkı ərazisində ağacəkmə aksiyası keçirilib.
Keçirilən ağacəkmə aksiyasında Millət Vəkili Fəzail Ağamalı Deputat Jalə Əhmədova Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov , Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri
Elmar Hüseyinov Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Salyan Rayon Gənclər və İdman İdarəsinin, Salyan Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Cəmiyyətinin, ictimai birliklərin üzvləri, ziyalılar və rayon ictimaiyyəti Şəhid Ailələri iştirak edib.
Salyan rayon kür çayı parkı ərazisində 2020-ci ildə Vətən müharibəsində şəhid olmuş üç min şəhidin xatirəsinə salınmış parkda ictimaiyyət nümayəndələrinin iştirakı ilə 100 ədəd Eldar şamı və sərv ağacları əkilib, digər ağaclara aqrotexniki qulluq göstərilib.






