Xəbər lenti
“Bakı Telefon Rabitəsi” telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib
2022-09-26 15:30:03
124 baxış
“Bakı Telefon Rabitəsi” MMC müasir dövrün texnoloji üstünlüklərinə əlçatanlığı təmin etmək məqsədilə GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics,ə verilən məlumata görə, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Bakı Telefon Rabitəsi” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.
Məlumata görə, bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir.
Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60%-dək daha az) ödəniş edirlər.
Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 AZN təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 AZN-dir. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 AZN təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 AZN-dir.
Qeyd edək ki, genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
Abunəçilərin diqqətinə bir daha çatdırılıb ki, 06.07.2022-ci il tarixində www.baktelecom.az saytı və qurumun sosial şəbəkələrdəki hesabları üzərindən sözügedən tarif dəyişikliyi ilə bağlı məlumat təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi