Xəbər lenti
Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirilib - FOTO - YENİLƏNİB-1
2022-09-25 12:00:03
64 baxış
Bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.
APA xəbər verir ki, Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransı giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının pozulması, dövlətin müdafiə qabiliyyətinin zəiflədilməsinə, Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlər, çağırışlar hansısa mediada, sosial şəbəkədə edilirsə, prokurorluq fəaliyyət istiqamətinə uyğun olaraq qəti addımlar atmalıdır.
"Məqsədimiz informasiya sahəsində bəzi boşluqların aradan qaldırılmasıdır. Bizim bu fəaliyyətimizi bəzi media nümayəndələri birmənalı qarşılamır. Bunu medianın fəaliyyətinə müdaxilə kimi qiymətləndirirlər. Lakin qanun pozuntusu baş vermək üzrə olduğu halda vaxtında müdaxilə etməsək, bu, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən neqativ qarşılanır. Xəbərdarlıqlar o zaman edilir ki, daha ciddi qanun pozuntusunun qarşısı alınsın" - Baş prokuror bildirib.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluqla birgə medianın fəaliyyəti haqda komissiya yaradılmasını təklif edib. Əlavə edib ki, Media Reyestri də yəqin ki, yaxın zamanda qəbul olunacaq və jurnalistlərə vahid vəsiqələrin verilməsinə başlanılacaq: "Hesab edirəm ki, bu addımlarla cəmiyyəti savadlandırmaq və sosial şəbəkə istifadəçilərinə təsir etmək olar. Savadlı jurnalist hər şeyi dərk edib vətənini sevmirsə, elə bilirəm ki, ondan sağlam vətəndaş və sağlam jurnalist də ola bilməz. Biz eyni zamanda jurnalistlərə vətəni sevməyi də aşılamalıyıq".
Əflatun Amaşov reketlik hallarının da davam etdiyini vurğulayıb və bununla mübarizə sahəsində qanunun sərtləşdirilməsinin tərəfdarı olduğunu ifadə edib.
Tədbirdə, həmçinin Baş Prokurorun müavini Elmar Camalov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev çıxış ediblər. Elnur Musayev qeyd edib ki, prokurorluq orqanları tərəfindən bu il ərzində 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb. Lakin prokurorluğun səlahiyyətlərinin tətbiqi zamanı həyata keçirilən tədbirlərin mütləq əksəriyyətinin mediaya aidiyyəti yoxdur: "Xəbərdarlıqların əksəriyyəti azyaşlıların hüquqlarının qorunması, əməyin mühafizəsi və ətraf mühitin qorunması haqqında olub".
Daha sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, eləcə də media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri medianın qarşısında duran əsas məsələlər barədə müzakirələr aparıblar.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, dünyanın qabaqcıl ölkələrində sosial şəbəkələrdə gedən məlumatların tənzimlənməsi üçün qanunlar qəbul edilir: "Sosial şəbəkələr güc mərkəzi kimi çıxış edirlər. Bunun tənzimlənməsi üçün müəyyən tədbirlər görülməlidir. Bundan başqa sosial şəbəkələrdə uşaqların hüquqlarının, müəllif və digər hüquqların qorunmasına da zərurət var".
Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilib, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.
İşgüzar tədbirdə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.
***
12.12
Bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.
APA xəbər verir ki, Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransı giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının pozulması, dövlətin müdafiə qabiliyyətinin zəifləməsinə yönəlmiş, Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlər, çağırışlar hər hansı mediada, sosial şəbəkədə edilirsə, prokurorluq fəaliyyət istiqamətinə uyğun olaraq qəti addımlar atmalıdır.
Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilib, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.
İşgüzar tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluqla birgə medianın fəaliyyəti haqda komissiya yaradılmasını təklif edib. Əlavə edib ki, Media Reyestri də yəqin ki, yaxın zamanda qəbul olunacaq və jurnalistlərə vahid vəsiqələrin verilməsinə başlanılacaq: "Hesab edirəm ki, bu addımlarla cəmiyyəti savadlandırmaqla sosial şəbəkə istifadəçilərinə təsir etmək olar. Savadlı jurnalist hər şeyi dərk edib vətənini sevmirsə, elə bilirəm ki, ondan sağlam vətəndaş və sağlam jurnalist ola bilməz. Biz eyni zamanda jurnalistlərə vətəni sevməyi də aşılamalıyıq".
Əflatun Amaşov reketlik hallarının davam etdiyini də vurğulayıb və bununla mübarizə sahəsində qanunun sərtləşdirilməsinin tərəfdarı olduğunu ifadə edib.
Tədbirdə Baş Prokurorun müavini Elmar Camalov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, eləcə də media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri medianın qarşısında duran əsas məsələlər barədə müzakirələr aparıblar.
***
11.00
Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilir.
APA xəbər verir ki, Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransda Baş Prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Mətbuat Şurasının sədri, eləcə də media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilib, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.
İşgüzar tədbirdə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi