Xəbər lenti
Azərbaycan və Moldova ƏƏSMN-ləri arasında əməkdaşlıq layihəsi hazırlanır
2022-09-24 09:30:03
131 baxış
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatar arasında videokonfrans formatında görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir ötən dövrdə ölkəmizdə aparılan sosial islahatlar və onların müsbət nəticələri, DOST konsepsiyası, şəhid ailələri üzvləri və müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri, postmüharibə dövründə sosial dəstək tədbirləri, sosial sahədə elektron texnologiyaların tətbiqi, əhaliyə göstərilən proaktiv xidmətlər və s. barədə ətraflı məlumat verib.
S.Babayev nazirliklər arasında bir çox sahələrdə, o cümlədən əmək və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsi üçün böyük potensialın mövcudluğundan bəhs edib. Nazirliklər arasında əməkdaşlığın hüquqi bazasının gücləndirilməsinin vacibliyini qeyd edən nazir Babayev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi üzrə hazırlıq işlərinin aparıldığını nəzərə çatdırıb.
S.Babayev DOST layihəsinin ərsəyə gətirilməsi və inkişafı, o cümlədən DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, vətəndaşlara xidmət səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə həmkarına ətraflı məlumat verib. DOST təcrübəsinin bir çox xarici ölkələrin müvafiq qurumları tərəfindən öyrənildiyini bildirən nazir, Moldova ilə mütərəqqi təcrübəni bölüşməyə hazır olduğunu söyləyib.
Nazir mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin ölkə başçılarının birgə səyləri ilə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
M.Spatar iki ölkə arasında sosial təminat sahəsində formalaşan uğurlu əməkdaşlıqdan söhbət açıb, əmək və sosial xidmətlər ilə bağlı Moldovanın təcrübəsi, əldə olunan uğurlar barədə məlumat verib.
Azərbaycanda sosial sahədə həyata keçirilən islahatları yüksək qiymətləndirən M.Spatar hər iki nazirliyin bu prosesdə fəal təcrübə mübadilələrinin önəmini qeyd edib. Ölkəsinin əmək və sosial müdafiə sahəsində ciddi islahatlara hazırlaşdığını söyləyən nazir Spatar, Azərbaycanın DOST təcrübəsinin yaxından öyrənilməsi və tətbiqinə maraqlı olduqlarını bildirib.
Görüşdə Azərbaycan Moldova arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi