Xəbər lenti
"Dəniz kuboku"nda iştirak edən komandaların rəhbər heyətləri ilə görüş olub - FOTO
2022-09-24 04:30:03
199 baxış
Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak edən komandaların rəhbər heyətləri ilə təşkilati müşavirə formatında görüş keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqları salamlayaraq, müsabiqədə iştirak edən komandalara müvəffəqiyyətlər arzulayıb.
Kontr-admiral S.Bəkirov hər il keçirilən beynəlxalq müsabiqənin iştirakçı ölkələrin hərbi dənizçilərinin mövcud əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, eləcə də Xəzər dənizinin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb.
Qeyd olunub ki, artıq 5-ci dəfədir ki, ölkəmizdə təşkil olunan yarışın lazımi səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.
Bildirilib ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçilərinin iştirakı ilə keçiriləcək "Dəniz kuboku" müsabiqəsi hava şəraiti də nəzərə alınmaqla cari ilin avqust ayının 15-dən 25-dək davam edəcək.
İştirakçı komandaların rəhbər heyətləri göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, ölkəmizdə təşkil olunan "Dəniz kuboku" müsabiqəsinin qarşılıqlı dostluq və yoldaşlıq mühitində keçiriləcəyinə əmin olduqlarını deyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi