Xəbər lenti
Elektron Təhlükəsizlik Xidməti kiberhücumlarla əlaqədar xəbərdarlıq edib
2022-09-23 17:00:03
190 baxış
Son günlər ölkəmizə qarşı başladılmış kiberhücum kampaniyası çərçivəsində Azərbaycana məxsus müxtəlif internet informasiya ehtiyatlarına məqsədyönlü hücumlar həyata keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, DDoS tipli bu hücumların əsas məqsədi informasiya ehtiyatları vasitəsilə təqdim olunan xidmətlərin əlçatanlığını məhdudlaşdırmaqdır.
Hücumlar nəticəsində bəzi taksi xidmətləri və banklara, kütləvi informasiya vasitələrinə və digər müxtəlif xidmət sahələrinə məxsus bir sıra internet informasiya ehtiyatlarının fəaliyyətində qısa müddətli fasilələr yaranıb.
Məlumata görə, RİNN yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, internet informasiya ehtiyatlarının sahibləri potensial kiberhücumlarla əlaqədar öncədən məlumatlandırılıb və onlara müvafiq dəstək göstərilib. Hazırda hücumların qarşısının alınması və təsirlərin minimallaşdırılması istiqamətində səlahiyyətli qurumlarla birgə tədbirlər görülür.
Son zamanlar ölkəmizin internet resurslarına yönəlmiş kiberhücumların intensivləşməsini nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti internet informasiya ehtiyatlarının sahiblərinə təhlükəsizlik tədbirlərini gücləndirməyi, daimi olaraq resurslarının monitorinqini həyata keçirməyi və zəruri olmadığı hallarda xaricdən gələn müraciətləri müvəqqəti olaraq məhdudlaşdırmağı tövsiyə edir.
Xahiş olunub ki, hər hansı kiberhücum halları ilə qarşılaşdıqda “1654” qaynar xətti, www.cert.az internet informasiya ehtiyatı və [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verilsin.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi