Xəbər lenti
DİM-in nəşrlərini saxtalaşdıran şəxslərlə bağlı tədbirlər görüləcək
2022-09-23 03:30:03
156 baxış
Yeni dərs ilinin başlanılmasına az qalmış yenidən gündəmə gələn məsələlərdən biri kitab piratçılığı və ona qarşı mübarizədir.
Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən xəbərə görə, Mərkəz daim bu məsələni diqqət mərkəzində saxlayır və kitab piratçılığının qarşısının alınması ilə bağlı müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır.
“Hələ 2018-ci ilin müvafiq dövründə hüquqları Dövlət İmtahan Mərkəzinin “Abituriyent” Jurnalı Redaksiyasına və digər nəşriyyatlara məxsus kitabların pirat nüsxələrini Türkiyə Respublikasında çap edərək Azərbaycan Republikasına gətirib satışını həyata keçirən böyük dəstə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən zərərsizləşdirilmiş, bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Bu tədbirlər kitab bazarına, bu sahədə müəllif və əmlak hüquqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir.
Aldığımız məlumata görə bəzi hüquqi və fiziki şəxslər qanunların tələbinə məhəl qoymadan yenidən DİM-ə məxsus kitabların pirat nüsxələrinin çapı və satışı ilə məşğul olurlar. Bildiririk ki, bu cür halların qarşısının alınması üçün tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçiriləcəkdir”, - qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi