Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Qurban Yetirmişli: Bakıda elə bina var ki, bir blokda iki qanad 8, digər qanad isə 9 ballıq ərazidədir – MÜSAHİBƏ

2022-09-22 06:30:03 96 baxış
Xəbər şəkil
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin APA-ya müsahibəsi “Azərbaycanın seysmik şəbəkə sistemində 94 stansiya fəaliyyət göstərir” – Qurban müəllim, Azərbaycanda 22 yeni seysmik stansiyadan 21-i artıq tam quraşdırılıb. 12 yeni seysmik stansiyadan məlumatlar RSXM-nin Monitorinq Mərkəzinə ötürülür. Digər stansiyalardan məlumatların ötürülməsinə nə vaxt başlanılacaq? – Bu cihazlar “Qafqazda seysmik şəbəkənin genişləndirilməsi” qrant layihəsi çərçivəsində xarici valyuta hesabına alınıb və onların hər biri quraşdırılıb. Bəzi seysmik stansiyalar üçün lazım olan server təminatı hələ bizə təqdim edilməyib. Bundan sonra məlumatların emalına başlayacağıq. Amma bu stansiyaların hər biri quraşdırılıb və monitorinqlər aparılır. Sadəcə, bəzi stansiyalarda serverin ötürülməsi problemi var. Bizim əməkdaşlarımız yerlərdə məlumatları əldə edərək toplayırlar. Avqustun axırına kimi server təminatı da tamamlanandan sonra zəlzələlərlə bağlı siqnalların operativ olaraq bazaya ötürülməsi mümkün olacaq. Bundan əlavə, bizdə Amerikanın “Kinemetriks” şirkətinin 35 stansiyası fəaliyyət göstərir. Azərbaycanda seysmotomoqrafiyanın aparılması üçün 17 stansiya da fəaliyyətdədir. Biz təkcə seysmik aktivlikləri deyil, həm də palçıq vulkanlarını öyrənmək üçün Abşeronda palçıq vulkanları ətrafında 12 yeni stansiya quraşdırmışıq. Dünyada ilk olaraq, Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyalar quraşdırılıb və palçıq vulkanlarının dinamikası bu stansiyalar vasitəsi ilə öyrəniləcək. 6 stansiya isə Xəzəryanı ərazilərdə, Yalamadan Astaraya qədər olan bölgədə quraşdırılıb. Məqsəd Xəzərdə gedən geodinamik prosesləri öyrənməkdir. Xəzərdə tez-tez zəlzələlər baş verir. Orada olan neft platformalarının və dənizin dibində olan kommunikasiya şəbəkəsi riskinin qiymətləndirilməsi mümkündür. Xəzərdə seysmik aktivlik dövründə aparılan işlər varsa, onların vaxtında dayandırılması üçün bu göstəricilər olduqca vacibdir. Çünki həmin dövrdə yer daxilində sıxılma və genişlənmələr gedir. Bu hal qazıntı işlərinə ciddi problemlər yaradır. Yəni bu tədqiqatların nəticələri istehsalatda istifadə olunmur. Amma əldə olunan bu tədqiqat nəticələrini tətbiq etmək lazımdır. Biz Nazirlər Kabinetinə də müraciətlə bildirmişik. Elmi nəticələr arxivdə qalmamalıdır. Ölkənin seysmik mənzərəsini əldə etmək üçün bizim GPS məntəqələrimiz də var. Ümumilikdə isə, Abşeronda qurulan, gözləmə rejimində olan stansiyalar da daxil olmaqla, Azərbaycanın seysmik şəbəkə sistemində 94 stansiya fəaliyyət göstərir. - Azərbaycanda mövcud olan seysmik stansiyalar bütün ölkə ərazisini əhatə edirmi? – Təkcə Qarabağdan başqa, bəli. Həmçinin seysmik stansiyalardan başqa 24 GPS stansiya və tiltimetrlərimiz var. Bundan başqa, qravimetr və maqnitometrlərimiz də var. Geokimyəvi tədqiqatlar aparılır. Bu mərkəz yer elmləri sahəsində bütün tədqiqatları əhatə edir. “İşğaldan azad olunmuş ərazilərdə 10 seysmik stansiya quraşdırılacaq” – İşğaldan azad olunmuş ərazilərdə kompleks seysmoloji-geofiziki tədqiqatlar aparılırdı. Nəticələri ilə tanış ola bilərik? - Bu ərazilərdə 10 stansiyanın quraşdırılması layihəsi hazırlanıb. İşğaldan əvvəl orada 3 seysmik stansiya var idi – Ağdam, Cəbrayıl və Kəlbəcərdə. Məqsədimiz həm o stansiyaların fəaliyyətini bərpa etmək, həm də yenilərini quraşdırmaqdır. Azad olunmuş ərazilərdə yenidənqurma işləri aparılır. Əhali oraya tam köçəndən sonra biz stansiyaların yerini seçib quraşdıracağıq. Həmin ərazidə yaşayan şəxslər də bu işlərə cəlb olunacaq. Biz bu layihəni AMEA Rəyasət Heyətində də təqdim etmişik. Bir quyu dibi stansiyanı isə türk həmkarlarımız - AFAD (Türkiyənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamenti) bizə hədiyyə edəcək. Bununla bağlı sövdələşmə də olub. Amma artıq bu ərazilərdə quraşdırmaq üçün 3 komplekt stansiyamız hazırdır. Qeyd edim ki, Qarabağ 9 ballıq zonada yerləşir. Azad olunmuş ərazilərdə tədqiqatlara gəldikdə isə, biz orada geoloji tədqiqatlara başlamamışıq. Biz yalnız cihazların vizual şəkildə əldə etdiyi məlumatlar əsasında müəyyən qiymətləndirmələr apara bilirik. “Azərbaycanda ən çox zəlzələ qeydə alınan il 2019-cu il olub” – RSXM-nin monitorinqləri bizə maraqlıdır. İl ərzində ən çox seysmik aktivlik müşahidə edilən ərazilər hansılar olub? Bu monitorinqlərin nəticəsi əvvəlki illə müqayisə edilib? – 2010-2021-ci illər ərzində Azərbaycan ərazisində baş vermiş zəlzələlərin hesabatı hazırlanıb. Beləliklə, ikiqat fərq metodu ilə alınan koordinatların qiymətləri əsasında respublikanın şimal hissəsində, İran və Talış seysmogen zonalarında zəlzələlərin toplanması aydın müşahidə olunur. Hesabat dövründə Azərbaycanda ən çox zəlzələ qeydə alınan 2019-cu il olub. Həmin ildə ölkəmizdə 5442 zəlzələ hadisəsi qeydə alınıb. Qeyd edim ki, burada 3 baldan yuxarı olan təkanlardan söhbət gedir. Daha aşağı bal gücündə olan təkanlar hesabata daxil edilmir. Hesabat dövründə ən az seysmik təkan isə 2010-cu ildə müşahidə edilib, ümumilikdə 2045 təkan. Ötən ilə gəldikdə isə, qeydə alınan zəlzələlərin sayı 3812 olub. Azərbaycanda seysmik baxımdan ən aktiv zona Şamaxı-İsmayıllıdır – əgər nisbilik baxımından müqayisə etsək. Keçən il Talış zonası daha aktiv idi. Bu il aktivliyi azalıb. “Bir gündə 30-dan çox təkan qeydə alınır” – Seysmik aktivlik son bir neçə gündür artıb, üstəlik, qonşu ölkələrdə də – İranda, Gürcüstanda, Türkiyədə tez-tez zəlzələlər baş verir. Azərbaycanda bizi güclü təkanlar gözləyir? – Sərhəd qonşularımızda olan zəlzələ bəzən bizdə də hiss olunur. Lakin digər ölkədə baş verən seysmik hadisənin Azərbaycana heç bir təsiri ola bilməz. Təkanlar hər gün olur. Bir gündə 30-dan çox təkan qeydə alınır. Onlardan yalnız hiss olunanı barədə məlumat veririk. 3 bala qədər olanlar adətən, hiss olunmur. Yalnız yerin səthinə yaxın olduqda nadir hallarda hiss oluna bilər. – Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması işləri nə yerdədir? – Biz artıq Fövqəladə Hallar Nazirliyindən 2019-2020-cı illər üzrə Bakıda aparılan tikintilərin xəritəsini əldə etmişik. Artıq 2018-ci ilə qədər olan seysmik mikrorayonlaşdırma xəritəsi hazırdır. Bakıda hər küçə üzrə ayrıca binaaltı geoloji məlumatlar, mərtəbə sayı, neçə bal zəlzələ ehtimalı olan ərazidə yerləşdiyi haqda bütün məlumatlar bu xəritədə öz əksini tapacaq. Bütün bunlarla bağlı informasiya bazası yaradılacaq. Artıq ünvanı yazdıqda bütün sadaladığım məlumatları əldə etmək mümkün olacaq. Bu layihə tam hazır olduqdan sonra bazara çıxarılacaq. Tikinti aparan şirkətlər üçün bu zonalar haqda məlumatlı olmaq olduqca vacibdir. “Bizim səlahiyyətlərimiz kifayət qədərdir. Heç kim bizim qarşımızı kəsmir, kəsmək fikri də yoxdur” – Seysmik təhlükələrin qarşısının alınması tam mümkün olmasa da, qabaqlayıcı tədbirlər görülməsi üçün, yəni dəyə biləcək ziyanın azaldılması üçün təklifləriniz varmı? – Yeni bir layihəyə start verməyi planlaşdırırıq. Bakıdakı köhnə binaların geoloji məlumatları toplanılacaq. Neçə ballıq zəlzələyə davamlıdır, nə qədər seysmik aktiv ərazidə yerləşir və s. hallar üçün Azərbaycanın Seysmik təhlükə xəritəsi hazırlanacaq. Geoloji quruluşu mürəkkəb olan ərazilərdə tikinti işləri aparılmazdan öncə seysmik tədqiqat işləri aparılmalıdır. Ərazinin neçə bal zəlzələ ehtimalı olduğu dəqiqləşdirilməlidir. Məsələn, Bakı şəhərində Xətai rayonunda elə bina var ki, bir blokda iki qanad 8 ballıq zəlzələ ehtimalı olan, digər qanad isə 9 ballıq ərazidədir. Əgər 9 ballıq zəlzələ olarsa və o bina 8 ballıq zəlzələyə davamlı tikilibsə, binanın bir qanadında dağıntı daha çox olacaq. Daha bir proqram hazırlayırıq ki, seysmik təkanlar zamanı dalğaların yayılmasını və dağıntının şiddətini izləmək mümkün olsun. Beləliklə, zəlzələ zamanı ilk yardıma haradan başlanılması barədə qərarı vermək daha asan olacaq. Bununla da, baş verəcək insan itkilərinin qarşısı alınacaq. 2000-ci ildəki zəlzələni düşünün. Hamı küçələrdə idi. Bəs yardıma haradan başlamaq lazımdır? Harada dağıntı daha çoxdur, bunlar çox vacib qərarlardır. Bunun üçün əldə əsas olmalıdır. – Digər ölkələrlə müqayisə etsək RSMX-nin hüquqlarının və səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var? Bildiyiniz kimi, artıq bir sıra institut və təşkilat Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib... – Bizim təşkilat AMEA-nın nəzdindədir. Bu qurum 1999-cu ildə yarananda ulu öndər Heydər Əliyev tapşırıq vermişdi ki, sərbəstlik olsun. Maliyyələşmə də akademiyanın büdcəsi daxilində ayrıca sətirlə getsin. RSXM-nin əsasnaməsi Baş nazir tərəfindən təsdiq edilib. Bizim səlahiyyətlərimiz kifayət qədərdir. Heç kim bizim qarşımızı kəsmir, kəsmək fikri də yoxdur. Dünyanın 30 ölkəsi ilə əməkdaşlığımız var. – Beynəlxalq münasibətlər və əməkdaşlıq hansı səviyyədədir? – RSXM beynəlxalq əməkdaşlığa xüsusi diqqət ayırır. Bu əməkdaşlıqlar həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində aparılır. Mərkəz tərəfindən elmi əməkdaşlıq sahəsində bir sıra önəmli sənədlər imzalanıb. Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) və Böyük Britaniyanın Oksford Universiteti ilə əldə olunan razılaşmalar birgə tədqiqatların aparılması üçün böyük əhəmiyyət kəsb edir. Bundan başqa, Amerikanın Livermor beynəlxlaq laboratoriyası ilə əməkdaşlığımız var ki, orada da bizim əməkdaşlarımız təlimlərə cəlb olunub. Missuri, San-Dieqo universitetləri ilə də əməkdaşlıq edirik. İtaliyanın Geofizika və Okeanologiya İnstitutu da daxil olmaqla, dünyanın 30 ölkəsi ilə əməkdaşlıq edirik. Oksford və Arizona Universitetləri ilə birgə ekspedisiyalar təşkil edilir. Bu ilin may ayında Miçiqan Universiteti ilə sövdələşmişik və birgə layihə hazırlayırıq. Sovet dövründə seysmoqramlarla lent üzərinə yazılan arxivdə saxlanılan seysmoloji məlumatlar yenidən araşdırılacaq. Həmin analoqlu seysmik yazılar osiloqraf kağızından rəqəmsal məlumat bazasına köçürüləcək. Bunun üçün xüsusi avadanlıq da alınacaq. Keçmiş məlumatlardan da tədqiqatlarda istifadə etmək vacibdir. Hazırda Oksford Universiteti ilə Paleoseysmologiya tədqiqatı aparırıq. Bu layihə çərçivəsində min il əvvəl baş vermiş təkanlar da araşdırılır. Foto Orxan Kərimov © APA group



Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03