Xəbər lenti
Lənkəranda abidələrin arxeoloji monitorinqi aparılıb
2022-09-20 00:00:03
82 baxış
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Anar Ağalarzadə və Lənkəran Regional Elmi Mərkəzin aparıcı elmi işçisi, t.ü.f.d. Samir Kərimov Lənkəran rayonunun Kosalar kəndində yerləşən (inv. №1523, XI-XIII əsrlər) eyniadlı yaşayış yerində arxeoloji monitorinq işləri aparıblar.
AMEA-dan APA-ya bildirilib ki, monitorinqdə məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmi müraciəti əsasında abidənin hazırkı vəziyyətini müəyyən etmək, onun mühafizə zolağının mövcud parametrlərini dəqiqləşdirmək olub.
Kosalar kəndi ərazisindəki sözügedən abidə kəndin içərisində, yaşayış evlərinin arasında yerləşir. Uzun illər abidə təbii, antropogen təsirlərə ciddi şəkildə məruz qaldığı üçün onun az bir hissəsi saxlanılıb.
Abidədə aparılan arxeoloji monitorinq zamanı çox az sayda şirsiz saxsı məmulatı toplanılıb ki, bu da abidənin yaşayış yeri olmasından daha çox, onun vaxtilə inzibati bina kimi istifadə olunması ehtimalını yaradır. Həmçinin cənub-qərb tərəfdən salamat qalmış bişmiş kərpicdən enli divar qalıqları bunu deməyə əsas verir. Divarlar 25x25 sm ölçülü düzbucaqlı formalı qırmızı kərpicdən gəc məhlulu ilə bərkidilməklə inşa edilib. Salamat qalmış divarların hündürlüyü 1,2 m, eni 0,8 m, uzunluğu isə 3,8 m-dir. İlkin baxış zamanı abidənin mövcud saxlanılmış strukturu müəyyən edilməklə onun 4 tərəfdən mühafizə zonası müəyyən edilib. Abidə dəniz səviyyəsindən 8 metr hündürlükdə yerləşir.
Vaxtilə kənd sakinləri tərəfindən bu ərazidən daş üzərində oyma üsulu ilə hazırlanmış şir təsvirli əşya tapılıb və rayon tarix diyarşünaslıq muzeyinə təhvil verilib. Abidəyə baxışdan ilkin olaraq onun Orta əsrlərə aid bina qalığı olması ehtimalı yaranır.
Qeyd edilib ki, arxeoloji monitorinq zamanı rayonun digər abidələrinə də baxış keçirilib və müvafiq qeydiyyatlar aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi