Xəbər lenti
ADY: Şərq-Qərb dəhlizinə yüklərin cəlb edilməsi zəruridir
2022-09-18 20:00:02
145 baxış
Bakıda “Asiya Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan- Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu (Şərq Qərb – aşağı dəhliz – red.) üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının iclası keçirilib.
“ADY Konteyner”dən (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti) “APA-Economics”ə verilən məlumata görə, toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov iştirakçı ölkələrin dəmir yolu idarələrinin marşrutun cəlbediciliyinin artırılması istiqamətində birgə əməkdaşlığından danışıb. Bildirilib ki, marşruta yüklərin cəlb edilməsi, ortaya çıxan problemlərin operativ həllinin sürətləndirilməsi istiqamətində səylərin birləşdirilməsi zəruridir.
Həmçinin altı ölkəni təmsil edən operatorlar tərəfindən Çinin Qaşqar şəhərindən Avropaya konteynerlərlə yükdaşımalar üzrə pilot layihə müzakirə edilib.
Bildirilib ki, dəhliz boyu yükdaşımaların səmərəliyinin artırılmasını, əməliyyatların optimallaşdırılmasını təmin edəcək rəqəmsal platformanın sınaq versiyası artıq hazırdır. Bu sahədə ixtisaslaşmış “UNİSER” şirkətinin hazırladığı platformanın test rejimində tətbiqi başlayır.
Toplantıda marşrutla bağlı məlumatların yer alacağı veb səhifənin müzakirəsi də aparılıb.
Operatorlar marşrutun səmərəliyinin artırılması üçün tərəflərin iştirakı ilə Konsorsiumun yaradılmasının zəruriliyini vurğulayıblar, bu istiqamətdə müzakirələrin davam etdirilməsi barədə qərar qəbul ediblər.
Qeyd edək ki, “Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu 2019-cu ildə, “Azərbaycan Dəmir Yolları” QSC və müvafiq ölkələrin dövlət dəmir yolları qurumlarının iştirakı ilə yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi