Xəbər lenti
“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrində məlumat mübadiləsinin necə aparılacağı məlum olub
2022-09-13 07:00:02
150 baxış
“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrində məlumat mübadiləsinin necə aparılacağı məlum olub.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.
Qərara əsasən, Reyestrin iştirakçıları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində şəhid və şəhid ailəsi statusu almış şəxslər barədə aşağıdakı məlumatları Reyestrə daxil etməlidirlər:
-şəhid statusu almış şəxslər barədə: 1. soyadı, adı, atasının adı;
-fərdi identifikasiya nömrəsi (FİN-i);
-hərbi qulluqçu və ya mülki şəxs olması; -hərbi rütbəsi;
-hərbi xidmətə başladığı tarix;
-həlak olduğu və ya xəbərsiz itkin düşdüyü tarix;
-itkin düşdüyünə görə ölmüş elan edilməsinə dair məhkəmənin
qanuni qüvvəyə minmiş qərarının tarixi, nömrəsi və onu qəbul edən məhkəmənin adı;
-həlak olduğu və ya xəbərsiz itkin düşdüyü yer;
-dəfn olunduğu yer;
-şəhid statusunu təsdiq edən sənədin nömrəsi və verilməsi
tarixi;
şəhid ailəsi statusu almış şəxslər barədə:
-soyadı, adı, atasının adı;
-fərdi identifikasiya nömrəsi (FİN-i);
-şəhid statusu almış şəxslə qohumluq əlaqəsi;
-şəhid ailəsi statusunu təsdiq edən vəsiqənin nömrəsi və
verilməsi tarixi.
Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti bu Qaydada nəzərdə tutulan məlumatların kağız və elektron
daşıyıcılarda Reyestrin sahibinə təqdim olunmasını təmin etməlidirlər.
Reyestrin istifadəçilərinin Reyestrdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydalara uyğun olaraq Reyestrə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin
onların həyata keçirilməsi yolu ilə təmin edilir.
Hüquqi və fiziki şəxslər Reyestrdə olan açıq məlumatlarla tanış ola bilərlər.
Reyestrin sahibi Reyestrin istifadəçilərinin Reyestrə girişini aşağıdakı hallarda məhdudlaşdırır:
-reyestrə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;
-bu Qayda ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.
Reyestrin aparılması qaydası aşağıdakı kimi olacaq:
Reyestrin formalaşdırılması, dayanıqlı və fasiləsiz fəaliyyəti, aparılması, idarə olunması, tamlığı və mühafizəsi, Reyestrə çıxışı olan və onun aparılmasında iştirak edən əməkdaşların gücləndirilmiş elektron imza ilə təmin edilməsi, Reyestrin iştirakçıları tərəfindən daxil edilən məlumatların tamlığına və dolğunluğuna nəzarət edilməsi, habelə onların tələbi əsasında şəhid və şəhid ailəsi statusu almış şəxslər barədə məlumatlarda aparılan düzəlişlərin təsdiq və ya imtina edilməsi Reyestrin sahibi tərəfindən həyata keçirilir.
Reyestrdə şəhid və şəhid ailəsi üzvü statusu almış şəxslər barədə fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirilir.
Reyestrdə məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, habelə Reyestrin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılması (hesabatlılığı) təmin edilir.
Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür.
Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Reyestrə daxil edilmiş məlumatlarda (sənədlərdə) aşkar
edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat verməli, Reyestrin fəaliyyətinə xələl gətirəcək hərəkətlərə yol verməməlidirlər.
Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrin fəaliyyəti ilə bağlı Reyestrin sahibinə təkliflər verə bilərlər.
Reyestrin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi