Xəbər lenti
Güclü yağış Daşkəsəndə fəsadlar törədib - FOTO
2022-09-09 12:30:03
78 baxış
Daşkəsən rayonunda güclü yağış fəsadlar törədib.
Daşkəsən rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, avqustun 3-də saat 21 radələrində Daşkəsən rayonu ərazisində dolu və güclü leysan yağışlarının yaratdığı sel suları yenidən rayonun Alaxançallı, Almalı və Yolqullar kəndlərində keçid körpülərə, yollara, yaşayış evlərinə, evlərin dam örtüklərinə, əhalinin əkin sahələrinə ciddi ziyan vurub.
Qeyd olunub ki, bu il iyun ayın 10-da da Daşkəsən rayonuna yağmış intensiv leysan yağışları nəticəsində güclü sel suları əsasən rayonun Çanaqçı, Zinzahal, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə və vətəndaşların mal-qarasına ciddi ziyan vurub. Həmin ziyanların aradan qaldırılması istiqamətində işlər Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilir.
Avqustun 3-də baş vermiş təbii fəlakət Alaxançallı kəndində dağılmış körpülərin yerində qurulan keçidləri tamamilə aparıb və bir çox ərazilərdə isə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.
İnsan itkisi və xəsarət alan yoxdur.
Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə gələrək sakinlərlə görüşüb, ilkin lazımi köməkliyi göstərib, leysan yağışının vurduğu ziyanların aidiyyəti qurumlarla birgə aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi üçün tapşırıqlarını verib.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi