Xəbər lenti
FHN su anbarlarında texniki təhlükəsizlik üzrə Yaponiya şirkəti ilə əməkdaşlığı genişləndirir
2022-09-09 08:30:02
138 baxış
Fövqəladə Hallar Nazirliyi təbii və texnogen hadisələrin nəticələrinin aradan qaldırılması sahəsində dünyanın təcrübəli şirkətlərdən olan Yaponiya dövlətinin “Shinyei Kaisha” şirkəti ilə sıx əməkdaşlıq edir.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 1.4-cü bəndinə əsasən, Şəmkir, Yenikənd, Mingəçevir, Varvara və Ceyranbatan su anbarlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi layihəsinin həyata keçirilməsi məqsədilə Nazirlik tərəfindən Yaponiya dövlətinin ”Shinyei Kaisha” şirkəti ilə müqavilə bağlanılıb və işlərin həyata keçirilməsinə başlanılıb.
Layihə çərçivəsində qeyd olunan su anbarlarında hidrotexniki qurğularının təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi və istismara yararlığının müəyyən edilməsi nəzərdə tutulub. Eyni zamanda, məsləhətçi şirkət tərəfindən hidrotexniki qurğuların vəziyyətinə nəzarət etmək üçün anbarlarda nəzarət-ölçü cihazları quraşdırılacaq, seysmoloji müşahidə şəbəkəsi qurulacaq, hidrotexniki qurğuların istismar qaydaları və təhlükəsizlik bəyannamələri işlənib hazırlanacaq, həmçinin yerli mütəxəssislər üçün texniki nəzarət üzrə təlimlər keçiriləcək.
Həmçinin, hidrotexniki qurğuların təhlükəsizliyinin təyin olunması üçün topo-geodezik, hidrogeoloji, mühəndis-geoloji, mühəndis-geofiziki, seysmoloji tədqiqatlar və instrumental müayinələr və müxtəlif növ laborator analizlər və sınaq işlərinin aparılması da planlaşdırılır. Bu işlərlə yanaşı hər obyekt üzrə müasir avadanlıqlardan istifadə edilərək batimetriya ölçmələri və aerofotoşəkil tədqiqatları aparılacaq.
Qeyd olunan su anbarlarında baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması və təhlükəli vəziyyətin aradan qaldırılması məqsədilə birinci mərhələdə su anbarlarında kompleks tədqiqatlar və instrumental müayinələr aparılaraq texniki təhlükəsizliyin qiymətləndirilməsi həyata keçiriləcək və hazırlanmış təkliflər baxılması və müvafiq tədbirlərin görülməsinə göstərişlərin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi