Xəbər lenti
MSK-da yeni şöbə və sektorlar yaradılıb, bir şöbənin adı isə dəyişdirilib
2022-09-09 06:30:03
181 baxış
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında katibliyin strukturuna dair məsələyə baxılıb.
APA xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, komissiyanın tapşırığı ilə müasir dövrün tendensiyaları və hazırda respublikada gedən dəyişiklikləri öyrənərək katibliyin strukturunda müəyyən dəyişikliyə gedilib.
“Bir sıra sahələr üzrə yeni formatda Katiblikdə müəyyən dəyişikliklər etməyə ehtiyac var. MSK artıq 35 minə yaxın dairə seçki komissiyası üzvlərinin və digər əməkdaşların sənədləşmə işləri ilə məşğul olur. Son illərdə respublikamızda əmək münasibətləri ilə bağlı bir sıra islahatlar aparılıb. Yeni bir struktur vahidinə ehtiyac yaranıb. MSK-nın Ümumi şöbəsinin tərkibində yeni - İnsan resursları sektoru yaradılması məqsədəuyğun olardı”, - deyib.
Sədr müavini qeyd edib ki, digər struktur vahidi isə kommunikasiya ilə bağlıdır: “Bu gün həyatımızda çoxsaylı yeniliklər - istər sosial şəbəkələr, istər onlayn platformalar yaranıb. Ona görə də MSK-nın Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin adının yenilənməsinə ehtiyac yaranıb. Həmin şöbənin adının Media və kommunikasiya şöbəsi olaraq dəyişdirilməsini təklif edirik”.
Onun sözlərinə görə, digər tərəfdən, ölkədə siyasi partiyalarla bağlı bir sıra layihələr həyata keçirilir: “MSK da siyasi partiyalarla yaxın işləyən qurumlardan biridir. Məhz siyasi partiyaların fəaliyyətinin məğzi seçkilərdə iştirak etməkdir. Bütün bunları nəzərə alaraq MSK katibliyində yeni bir şöbənin yaradılması – Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin yaradılmasını təklif edirik”.
Rövzət Qasımov vurğulayıb ki, həmin şöbənin də tərkibində seçkilərlə bağlı siyasi partiyalarla iş sektoru və siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru fəaliyyət göstərəcək.
Rövzət Qasımov “Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişikliklərin qəbul edilməsini təklif edib və qərar səsə qoyularaq qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi