Xəbər lenti
Ağalı kəndinin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib
2022-09-08 11:00:03
202 baxış
Böyük qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin həlli istiqamətində işlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının əməkdaşları kəndin sakinləri ilə növbəti görüşlər keçirib.
Onlar Ağalı kəndində fəaliyyət göstərən müəssisələrin təklif etdiyi vakansiyalar, Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumatlandırılıb.
Kənd sakinlərinin artıq bir hissəsi əmək müqaviləsi əsasında işlə təmin olunub. Digər şəxslərin işlə təmin edilmələri üçün məlumatları işəgötürənlərə göndərilib. Artıq işəgötürənlər tərəfindən namizədlərlə görüşlərin keçirilməsinə başlanılıb. Kənddə fəaliyyət göstərən işəgötürənlərlə də görüşülüb, Agentliyin işəgötürənlərə yönələn proqramları barədə məlumatlar verilib.
Son vaxtlarda kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib və onlar üçün biznes təlimləri təşkil olunub. Yaxın günlərdə həmin sakinlərə özünüməşğulluq proqramı çərçivəsində xidmət və istehsal sahələri üzrə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılacaq.
Kənd sakinləri üçün peşə hazırlığı kurslarının təşkili və “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının bu kənddə də icrası nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi