Xəbər lenti
Saxta iş elanları verərək 100 min manatlıq ziyan vuran şəxs tutulub - VİDEO
2022-09-06 03:30:05
142 baxış
Daxili İşlər Nazirliyinə elan saytlarında ictimaiyyət arasında nüfuzu olan şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanlarının verildiyi və müraciət edən şəxslərin pullarının xüsusi kart əməliyyatları vasitəsi ilə ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarət götürülərək araşdırılıb. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki və əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirən əvvəllər məhkum olunmuş Cəmil Bəbirov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Cəmil Bəbirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün 51, sağlamlıq haqqında tibbi arayışın verilməsi üçünsə 17 manat pulun müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb edib. Daha sonra saxlanılan şəxs kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıb. Bank kartlarındakı pul vəsaitlərini işə düzəltmək adı altında ələ keçirən Cəmil Bəbirov bu müddət ərzində ona müraciət edən şəxslərə 100 min manatdan artıq maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cəmil Bəbirov ətrafında əməliyyat-istintaq tədbirlər davan etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
DİN vətəndaşlara onlayn elan saytlarında yerləşdirilən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı və bank kartlarında olan məlumatları qarşı tərəfə verməməyi tövsiyə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi