Xəbər lenti
I və IV qruplar üzrə qəbul imtahanlarının nəticəsi açıqlanıb
2022-09-06 01:00:03
98 baxış
Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Bu barədə APA-ya DİM-dən xəbər verilib.
İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 25340 abituriyentdən (I qrup üzrə 21278 nəfər, IV qrup üzrə 4062 nəfər) 468 nəfəri (I qrup üzrə 414 nəfər, IV qrup üzrə 54 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 28 nəfər göstərib. İmtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 baldır.
IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. İmtahanda 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin şagird imtahanın birinci mərhələsində 300 bal toplamışdı.
İmtahanlarda 400 bal toplayan şagirdlərin oxuduqları məktəblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 avqust 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4 avqust saat 10:00-dan 6 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi 16-28 avqust tarixlərində olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi