Xəbər lenti
Toxum emalı prosesinə həsr olunmuş “Açıq qapı” günü keçirilib - VİDEO
2022-09-05 04:30:03
99 baxış
Toxum emalında innnovativliyi və öz təcrübəsini bölüşmək məqsədilə “Agro Dairy” şirkəti tərəfindən Hacıqabul rayonu, Muğan kəndi ərazisində yerləşən toxum emalı kompleksində “açıq qapı” günü keçirilib.
“Açıq qapı günü”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev, həmçinin, agentliyin Laboratoriya, Ekspertiza, Sertifikatlaşdırma Mərkəzinin direktoru, müvafiq şöbə və sektorlarının müdirləri, taxılçılıqla və toxumçuluqla məşğul olan fermerlər, taxılçılıq və toxumçuluq təsərrüfatlarının, biznes strukturlarının və kənd təsərrüfatı məhsulları istehsalçılarının 50 nəfərdən artıq nümayəndələri iştirak ediblər.
Azərbaycanın aparıcı və iri taxılçılıq şirkətlərindən biri olan və 2014-cü ildə yaradılan “Agro Dairy” şirkətinin 2018-ci ildən toxumçuluq fəaliyyəti göstərməsi, bu fəaliyyət sahəsində ölkənin ərzaq təhlükəsizliyinin artırılmasını, milli toxum ehtiyatının elmi əsaslı inkişafını və xaricidən toxum asılılığını azaltmağı hədəflədiyi iştirakçıların diqqətinə çatdırılıb.
Ümumi gücü 20 t/saat məhsul qəbul edə bilən dərin toxum təmizliyi, ölçüsünə, uzunluğuna, çəkisinə görə çeşidləmə, dərmanlama, toxumun qorunması və mükəmməl cücərməsini tam təmin edən toxum emalı xətti kompleksinin təqdimatı həyata keçirilib, emal prosesinin mərhələləri, dərmanlama, qablaşdırma, paketləmə və etiketləmə barədə ətraflı məlumat verilib, bütün proseslər və mərhələlər əyani olaraq nümayiş etdirilmiş və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Eyni zamanda toxumla keçən xəstəliklərə, həmçinin torpaq zərərvericilərinə qarşı dərmanlamanın mahiyyəti izah edilib.
Toxum laboratoriyası, toxumun məhsuldarlıq və keyfiyyət parametrlərinin (nəmliyi, proteinin və qülütenin miqdarı, sedimentasiya, düşmə ədədi, natura çəkisi) müəyyən edilməsi üçün müasir cihaz və avadanlıqlar barədə məlumat verilib və nümayiş etdirilib.
“Açıq qapı günü”nün sonunda iştirakçılara “Agro Dairy”-də yetişdirilən payızlıq buğda və arpanın yerli və xarici sortlarının reproduksiyalar (elit və R1) üzrə toxumları və onların miqdarı, məhsuldarlıq göstəriciləri, üstünlükləri və təsərrüfat-bioloji xüsusiyyətləri toxumun istehsal xərcləri və qiymətləri barədə ətraflı məlumat verilib.
Toxum emalı prosesinə həsr olunmuş “açıq qapı” günü təcrübələrinin bölüşdürülməsi, fikir və təcrübə mübadiləsi, toxum emalı prosesində kompakt və innovativ metodlarla tanışlıq iştirakçılarda xoş əhval rühiyyə yaradıb, toxum emalında vacib məsələlərin həllinə töhfə verməkdə olduqca uğurlu hesab edilib.
Şirkətin istehsal və emal etdiyi arpa və buğda toxumları barədə ətraflı məlumat almaq, eləcə də, toxum alışları üçün sifarişlərin həyata keçirilməsi üçün aşağıda qeyd olunmuş vasitələrlə əlaqə saxlamaq mümkündür.
elektron poçt: [email protected]
mobil: (+994 51) 201-77-55
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi