Xəbər lenti
Sığorta şirkətləri arasında kollektiv saziş imzalanacaq - EKSKLÜZİV
2022-09-05 01:00:03
58 baxış
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə tətbiq ediləcək yeni qaydalarla bağlı sığorta şirkətləri arasında kollektiv saziş imzalanacaq.
Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev deyib. O bildirib ki, bununla bağlı İcbari Sığorta Bürosunun (İSB) nəzdində sığorta hadisələrinin idarəedilməsi və klirinq sistemi yaradılacaq. Bu sistemlər bir-birinə inteqrasiya edilərək fəaliyyət göstərəcək.
Azər Əliyevin sözlərinə görə, bununla bağlı İcbari Sığorta Bürosunun tərkibində işçi qrupu yaradılıb və bütün sığorta şirkətləri bu qrupda təmsil olunur: "Avtomobillərin icbari sığortası üzrə qeydə alınan sığorta hadisələri, hadisənin yeri, vaxtı, onunla bağlı edilən ödənişin həcmi və digər məlumatlar sığorta şirkətləri tərəfindən bu sistemə daxil ediləcək. Bu məlumatların necə istifadə ediləcəyi, klirinq sisteminə necə inteqrasiya ediləcəyi sığortaçılar arasında hazırda müzakirə predmetidir. Əlavə olaraq, İT sahəsində inteqrasiya gücləndirilməlidir ki, sığorta ödənişləri ilə bağlı proses operativ idarə edilə bilsin".
Azər Əliyev qeyd edib ki, avtomobillərin icbari sığortası üzrə tətbiq ediləcək yeniliklərlə bağlı oktyabr ayının ortalarına kimi bütün məsələlər həll ediləcək və sığorta şirkətləri arasında kollektiv saziş imzalanacaq: "Kollektiv sazişin ilkin variantı artıq hazırdır və sığorta şirkətləri ilə razılaşdırılıb".
Qeyd edək ki, bu saziş İSB ilə sığorta şirkətləri arasında avtomobillərin icbari sığorta hovuzunun idarə olunmasındakı münasibətləri tənzimləyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi