Xəbər lenti
Avtomobil sahibləri yeni qayda ilə nə qədər sığorta haqqı ödəyəcək? - Hesablama
2022-09-04 23:00:03
153 baxış
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiqləyib.
Yeni qayda ilə avtomobillərin icbari sığorta haqqının (NSMMİS) hesablanması dəyişib.
"APA-Economics" yeni qaydalarla avtomobillərin icbari sığorta haqqının hesablanmasını araşdırıb. Belə ki, indiyə kimi avtomobillərin icbari sığorta haqqı hesablanması avtomobilin mühərrikinin həcmi və Bonus-Malus balları əsasında aparılırdı. Yeni qayda ilə sözügedən amillərlə yanaşı, avtomobilin növü, istehsal tarixi, sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobilin sürüldüyü region da nəzərə alınacaq.
Yeni qaydada avtomobillərin icbari sığortasının hesablanması üzrə baza məbləği dəyişməyərək 50 manat saxlanılıb.
Bununla belə, avtomobil sürücülərinin yaşı və təcrübəsi az olduqda tətbiq edilən sığorta haqqı da artacaq. 1 ilədək təcrübəsi olan sürücülər üçün sığorta haqqı 1,35 əmsalı, 2-5 il təcrübəsi olanlar üçün əmsal 1,2-1,3 əmsalına vurulacaq.
Sığorta haqqına təsir edən digər amil sürücünün yaşıdır. Belə ki, 16-25 yaşa qədər olan sürücülər riskli sürücü hesab edildiyi üçün sığota haqqının da yüksək tətbiqi nəzərdə tutulub. Eyni zamanda, 65 yaşdan yuxarı sürücülər üçün də sığorta haqqı yüksək əmsalla hesablanır. Yaşa görə ən aşağı əmsallar 30-65 yaş arasında olan sürücülərə şamil ediləcək.
Sığorta haqqına təsir edən digər amil nəqliyyatın hərəkətinin sıxlığı nəzərə alınmaqla avtomobilin sürüldüyü regiondur. Bakıda sürülən avtomobillərin qəza riski yüksək olduğu üçün avtomobillərin icbari sığorta haqqının hesablanmasında, bu, ən yüksək əmsalla (1,1) nəzərə alınıb. Bu əmsal Sumqayıt və Abşeron üzrə 1,05, Naxçıvan və Gəncədə 1, digər şəhər və rayonlarda isə 0,95 olaraq tətbiq ediləcək.
Sığorta haqqının hesablanmasında nəzərə alınan digər əsas amil avtomobilin istehsal tarixidir. Yəni, avtomobil nə qədər köhnə olarsa, onunla bağlı hesablanan sığorta haqqı da yüksək olacaq. Yeni qaydalara əsasən, istehsal tarixi 10 ilədək olan nəqliyyat vasitələrində sığorta haqqı 1, 10-20 il üzrə 1,05, 20 ildən artıq olduqsa isə 1,1 əmsalı ilə hesablanacaq.
Tətbiq edilən yeni qayda ilə icbari sığorta haqqının artım fərqini hesablayaq.
Məsələn, istehsal tarixi 10 ildən çox olan 1,5 l. mühərrikli, Bakıda sürülən, sürücüsünün yaşı 25-dən çox olan, sürücülük təcrübəsi 5-6 il olan avtomobil sürücüsünə hesablanan sığorta haqqı 33,5 manat təşkil edir:
(Baza sığorta haqqı) 50 manat + (İstehsal tarixi) + 2,5 manat + (sürüldüyü ərazi Bakı) + 5 manat + (yaş və sürücülük təcrübəsi) + 10 manat (Bonus-Malus balı 50%) = 33,7 manat
Adi qayda ilə sözügedən avtomobilə hesabalan sığorta haqqı 25 manat təşkil edirdi. Bu isə o deməkdir ki, avtomobilə hesablanan sığorta haqqı 34% və ya 8,7 manat artacaq.
Qeyd edək ki, aparılan hesablama nümunə üzərində olduğu üçün artım fərqi şərtlərə görə dəyişə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi