Xəbər lenti
Hərbi yönümlü QHT-lər Prezidentə təşəkkür edib
2022-09-04 13:30:03
163 baxış
Hərbi yönümlü qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevə məktub ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Sizin şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğınız nəticəsində bu kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.
Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları geniş miqyaslı sosial dəstək proqramları ilə əhatə olunublar.
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənməklə, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev verilməsi, 7450 nəfər müharibə əlilinə minik avtomobili verilməsi, ümumilikdə 330 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunması və digər tədbirlər onlara göstərilən qayğının bir nümunəsidir.
Həmçinin, Vətən müharibəsi zamanı sağlamlığını itirən hər bir əsgər və zabitimizin müalicəsi, onların reabilitasiyası, onların yenidən cəmiyyətə inteqrasiyası üçün aparılan mühüm və ardıcıl işlər Sizin müharibə iştirakçılarına qayğıkeş, həssas münasibətinizdən irəli gəlir.
Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin artırılması üçün ötən dövrdə mühüm addımlar atılıb, xüsusilə son illərdə bu istiqamətdə ciddi artımlar tətbiq edilib. Müharibə veteranlarının Prezidentin aylıq təqaüdləri ilə əhatə olunmaları təmin olunmaqla, onlar və şəhid ailələri ilə bağlı aktiv məşğulluq proqramları da genişlənib.
Sizin şəhid ailələrinə xüsusi qayğınız nəticəsində hələ 2019-2020-ci illərdə mühüm sosial proqram - 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilməsi proqramı icra edildi və bu da şəhid ailələrinə daha bir dəstək oldu.
Bu gün isə Sizin Fərmanınızla növbəti mühüm sosial dəstək proqramına – I Qarabağ müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş, ümumilikdə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlandı.
Həmin kateqoriyalardan olanlara, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələr edilir: I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat. Həmin qərar minlərlə müharibə əlili olan vətəndaşlarımıza, onların ailələrinə böyük dəstəkdir.
Bu qərar həm də onu göstərir ki, istər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində iştirak edən hər bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Prezidenti üçün dəyərlidir, onların Vətən üçün etdikləri fədakarlıqlar unudulmur.
Möhtərəm Ali Baş Komandan!
Sizə şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə göstərdiyiniz bu həssas, qayğıkeş münasibətə görə hərbi yönümlü qeyri-hökumət təşkilatları adından təşəkkür edir, Azərbaycanın inkişafı və tərəqqisi üçün apardığınız mübarizədə uğurlar arzulayırıq! Bildiririk ki, bizlər Sizin siyasətinizi daim dəstəkləyir və hər zaman Sizin yanınızdayıq.
Hörmətlə,
Asəf Əliyev - “Qarabağ Qaziləri” ictimai birliyinin sədri,
Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası ictimai birliyinin sədri,
Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri,
Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" ictimai birliyinin sədri,
Emin Həsənli - "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" ictimai birliyinin sədri”.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi