Xəbər lenti
Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyətini qəbul edib
2022-09-03 02:00:02
190 baxış
2 avqust 2022-ci il tarixində Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak məqsədilə Daşkənddə səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, Özbəkistan Prezidenti Azərbaycan Respublikası Prezidentinə ən xoş salamlarını çatdırıb.
Cari ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana tarixi dövlət səfərinin əhəmiyyətini vurğulayan Prezident Şavkat Mirziyoyev, səfər zamanı əldə olunmuş razılıqlara uyğun olaraq qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirib. Bu xüsusda, bir sıra sahələr üzrə şirkətlər arasında artıq əlaqələrin qurulması, neft və qaz sektorunda şirkətlər arasında razılaşmaların əldə edilməsi, dünən keçirilmiş ikitərəfli Azərbaycan-Özbəkistan İqtisadi Komissiyanın iclası və onun nəticələrinin faydalı olduğu vurğulanıb. Həmçinin bu gün ilk dəfə olaraq keçirilmiş Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin tarixi üçtərəfli görüşünün ölkələrimiz üçün əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə eyni zamanda, ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində olan yüksək səviyyəli əməkdaşlıq məsələləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər, o cümlədən cari ilin noyabr ayında Səmərqənddə Zirvə görüşünün keçirilməsinə hazırlıq işləri müzakirə edilib. Ümumilikdə, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ən xoş arzularını Prezidenti Şavkat Mirziyoyevin diqqətinə çatdırıb. Prezidentlərin tapşırığına uyğun olaraq, həm ikitərəfli hökumətlərarası komissiyanın nəticələrindən, həm də üçtərəfli formatda qəbul edilmiş Daşkənd Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
Üçtərəfli formatda görüşün yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlıq ifadə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi