Millət vəkili Fəzail Ağamalının doğum günüdür
Bu gün Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının doğum günüdür. Uzun, eyni zamanda şərəfli həyat yoluna malik olan Fəzail Ağamalı daim Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiqliyi ilə seçilib. Yürütdüyü siyasətlə ulu öndər siyasi kursuna sədaqətini nümayiş etdirib.
Fəzail Ağamalıbir partiya sədri kimi daim Azərbaycanın çiçəklənməsi, həyata keçirilən siyasətin yerlərdə vətəndaşlara doğru-dürüst çatdırılması yönündə addım atır. Eyni zamanda rəhbərlik etdiyi Ana Vətən Partiyasının daim öncül partiyalar sırasında olması üçün əlindən gələni edir.
Onu da qeyd etmək yerinə düşər ki, bu gün Fəzail Ağamalı şinelindən çıxan neçə-neçə siyasi xadim yüksək postlarda təmsil olunur.
Biz də Kanal4.az saytı olaraq öz növbəmizdə çox hörmətli Fəzail Ağamalını doğum günü münasibəti ilə təbrik edir. Ona bu çətin və şərəfli yolda bol-bol uğur arzu edirik!