Xəbər lenti
Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının görüşü olub
2022-08-23 09:30:03
193 baxış
Həştərxan şəhərində Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının beştərəfli görüşü təşkil edilib.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, iyulun 27-dən 28-dək Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xəzər dənizi hövzəsində baş verən hüquq pozuntuları, o cümlədən cinayətkarlıqla mübarizə məsələlərinin müzakirəsinə həsr edilmiş Xəzəryanı ölkələrin Baş Prokurorluqlarının nümayəndələrinin Beştərəfli görüşündə iştirak etməsi üçün Rusiya Federasiyası Həştərxan şəhərində olub.
Görüşdən əvvəl nümayəndə heyətinin üzvləri Həştərxan şəhərinin meri Polumordvinov Oleq Anatolyeviç və Azərbaycanlıların icmasının üzvləri ilə birlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinə baş çəkib, önünə tər gül dəstələri qoyaraq xatirəsini yad edib.
Nümayəndə heyətinin üzvləri Həştərxanda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbi ziyarət edib, Heydər Əliyev fondu tərəfindən yenidən qurulmuş, ən müasir müasir təhsil infrastrukturu və Azərbaycan-Rusiya xalqlar arası dostuq mövzusuna həsr olunmuş guşələrlə tanış olub.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin, Bakı küçəsində yerləşən Azərbaycan İş Mərkəzinə baş çəkib.
Həştərxan şəhərində təşkil edilmiş Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının beştərəfli görüşündə Rusiya Federasiyasının Baş Prokurorluğunun, vilayət prokurorluğunun, Nəqliyyat və Ekoloji prokurorluqların nümayəndələri, İran İslam Respublikasının Baş prokurorunun müavini və Xəzərin ekoloji məsələlər üzrə qurumlar arası dövlət komissiyasının rəhbəri, Xəzərin məsələləri üzrə XİN nümayəndəsi, Türkmənistan Respublikasının Baş prokurorunun müavini və həmin ölkənin prokurorluğunun nümayəndə heyətinin üzvləri, Qazaxıstanın Ekoloji Prokurorluğunun məsul əməkdaşları da iştirak edib.
Beştərəfli görüşdə Elnur Musayev Xəzər dənizi akvatoriyasının çirkləndirilməsinin qarşısının alınması, bioresursların mühafizəsi üçün görülən tədbirlər, qanunvericilik bazasının formalaşdırılması, səlahiyyətli dövlət qurumlarının ixtisaslaşdırılması və qurumlararası fəaliyyətin əlaqələndirilməsi mövzusunda çıxış edib.
Nümayəndə heyətinin bütün üzvləri – Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev, Cinayət təqibindən kənar icraatları idarəsinin böyük prokuroru Babək Zakirzadə, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Elçin Sultanov, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Elmir Zeynalov görüşün növbəti sessiyalarında çıxış edərək müzakirələrə fəal qatılıb.
Görüşün sonunda ümumi bəyannamə qəbul edilmiş, növbəti görüşün keçirilməsi, məlumat və təcrübə mübadiləsinin vacibliyi barədə ümumi rəyə gəlinib.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir