Xaçmazda yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər ölüb - FOTO - YENİLƏNİB
Xaçmazın Armudpadar kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alan sürücü dünyasını dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza zamanı xəsarət alan Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyevin də həyatını xilas etmək mümkün olmayıb. *** 17:57 Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Armudpadar kəndi ərazisində qeydə alınıb. “BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşınlarının toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov ölüb. Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.