Xəbər lenti
XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının fəallığını təmin edib
2022-08-20 07:00:03
117 baxış
Biz müxtəlif platformalarda gənclərin potensialından istifadə etməliyik.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin bağlanış mərasimində bildirib.
Nazirin sözlərinə görə, bu sammitdə dörd qitənin gəncləri iştirak edib.
Sammiti tarixi hadisə adlandıran nazir deyib ki, bu tədbirdə fikir və ideyaların mübadiləsi baş tutub: “Gənclərin gücü əvəzsiz dəyərdir. Biz gənclərə dəyər veririk, onların potensialından istifadə edirik”.
XİN rəhbəri qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra təşəbbüslər irəli sürüb ki, bunlardan biri də Gənclər Şəbəkəsinin yaradılması idi: “Bu şəbəkə beynəlxalq səviyyədə əhatə qazanıb. Şəbəkənin gəncləri Belqradda görüşüblər”.
Ceyhun Bayramov Qoşulmama Hərəkatının dəyəri barədə də danışıb. O diqqətə çatdırıb ki, sosial, iqtisadi, etnik, dini fərqliliklərə baxmayaraq, üzv ölkələr müxtəlifliklərin öhdəsindən gələrək birgə əməkdaşlığı sübut ediblər: “Mən inanıram ki, gənclər öz ölkələrinin təmsilçisi olaraq vahid ideyalar naminə birləşəcək”.
Azərbaycan XİN başçısı vurğulayıb ki, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının fəallığını və öndə olmasını təmin və təşviq edib: “Üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz 2023-cü ilin sonuna qədər uzadılıb ki, bu da bizə olan etimadın göstəricisidir”.
Nazir əlavə edib ki, qlobal sülh üçün qətiyyətli olmalı, universal normalara əməl edilməlidir: “Biz əməkdaşlığı təşviq edir, Bandunq prinsiplərinin gələcək fəaliyyətimizin əsasında dayanması üçün çalışırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir