Xəbər lenti
"Azercell" Telefon Mərkəzinin müştəri məmnuniyyəti 94% olub
2022-08-20 06:30:03
157 baxış
Lider mobil operator cari ilin ilk altı ayında 2 milyondan çox müraciət cavablandırıb.
5 milyon abunəçinin seçimi olan “Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq müştərilərinə müxtəlif platformalar üzərindən yüksək səviyyəli xidmət göstərməyə davam edir.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, cari ilin birinci yarısının nəticələrinə əsasən "Azercell" Telefon Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 94% təşkil edib. Telefon mərkəzinə daxil olmuş 1.4 milyon zəng ortalama ilə 2 dəqiqə ərzində cavablandırılıb ki, bu da dünyada qəbul edilmiş 6 dəqiqə 10 saniyə standartı ilə müqayisədə çox yüksək göstəricidir.
Şirkət daha 500 minə yaxın sorğunu onlayn müştəri xidmətləri vasitəsilə, 125 minə yaxın müraciəti isə "Azercell"in rəsmi Facebook, Instagram, Twitter, LinkedIn və YouTube səhifələri üzərindən qəbul edərək operativ şəkildə cavablandırıb.
Eyni zamanda, sözügedən dövr ərzində "Azercell"in Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofisləri, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 400 minə yaxın abunəçiyə üz-üzə xidmət göstərilib.
Müştəri müraciətləri əsasən mobil internet xidmətləri, balans haqqında məlumat, ödəmə qaydaları və xidmətlərə qoşulma ilə bağlı olub.
Xatırladaq ki, "Azercell" müştərilərə göstərilən xidmət səviyyəsi və müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir