Xəbər lenti
İTSDA: 132 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub
2022-08-19 10:30:06
107 baxış
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yaradılmış müvafiq komissiyanın fəaliyyəti çərçivəsində 2022-ci ilin aprel-iyul ayları ərzində 132 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.
İSTDA-dan APA-ya verilən xəbərə görə, 28 nəfər hepatit B xəstəsinə “Tenovir”, 104 nəfər hepatit C xəstəsinə isə “Sofosbuvir” və “Daktatasvir” dərman preparatları verilib.
“B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunan dərman preparatları Agentlik tərəfindən təchiz edilir. Bundan başqa, müalicənin təyin olunub-olunmaması ilə bağlı qərarın verilməsi məqsədilə Komissiyaya müraciət etmiş şəxslərin bir qismi müvafiq müayinələrə göndərilib, müalicəyə ehtiyacı olmayan digər şəxslərə isə həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. Eyni zamanda müayinələrin nəticələrinə əsasən xəstəlikdən sağalan şəxslər də qeydə alınıb. Ümumilikdə isə Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin 4 ayı üzrə 281 vətəndaş qəbul edilib. Hepatit B və hepatit C xəstəliyindən əziyyət çəkən şəxslərin tibbi xidmətdən yararlanması üçün ilk növbədə onların sağlamlıq vəziyyəti qiymətləndirilməlidir.
Məlumat üçün bildirək ki, hepatit B və C xəstəliyinin ambulator müalicəsi üçün təyin olunan dərman preparatlarının təminatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Hazırda Xidmətlər Zərfi ilə hepatit B və C virusunun müayinəsi və stasionar şəraitdə müalicəsi qarşılanır”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir