Xəbər lenti
İranda yeni tədqiqat reaktorunun tikintisinə başlanılır
2022-08-19 09:30:02
130 baxış
Yaxın həftələrdə İsfahanda tədqiqat reaktorunun tikintisi rəsmi olaraq başlayacaq.
APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
O bildirib ki, layihə tamamilə yerli mütəxəssislərin səyi ilə baş tutacaq: “Layihə nüvə enerjisi istehsalımızın tədqiqat, qiymətləndirmə, sınaq və təminat zəncirini tamamlayacaq”.
10 000 meqavat nüvə enerjisinin istehsal edilməsinin planlaşdırıldığını deyən İslami qeyd edib ki, İran İslam Respublikasının nüvə proqramlarının irəliləyişi ilə bağlı əsas məsələ yerli elektrik stansiyalarının gücünü artırmaqdır: “Davamlı nüvə enerjisi istehsalı 1000 meqavata bərabərdir və biz 2000 meqavat nüvə enerjisi istehsal edirik və 10 000 meqavat yeni nüvə enerjisi istehsal etməyi planlaşdırırıq”.
Nüvə enerjisi proqramında beynəlxalq və yerli tərəfdaşlığı alqışladıqlarını deyən İslami əlavə edib ki, bu istiqamətdə beynəlxalq tərəfdaşlıqlardan istifadə edəcəklər, lakin heç kimdən asılı olmayacaqlar: “Çünki İran kifayət qədər elmi, sənaye və texnoloji imkanlara malikdir. Xoşbəxtlikdən ölkədə 10 000 meqavatlıq nüvə enerjisi istehsalı proqramına dəstək verə biləcək böyük şirkətlər var və biz də İranın Atom Enerjisi Təşkilatının proqramında iştirak edən istənilən şirkət və qurumu dəstəkləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir