Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

İctimai şuralar məmur-vətəndaş münasibətlərində  böyük rol oynayır.

2022-08-18 20:51:09 14980 baxış
Xəbər şəkil

Rayon icra hakimiyyətləri yanında yaradılan ictimai şuralar bir ildən artıqdır ki, fəaliyyət göstərirlər. Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şura özünün 9 nəfərlik kollektivi ilə rayonun ictimai həyatında yaxından iştirak edir və öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2014-cü il tarixdə "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanunun tətbiqi barədə imzaladığı fərmanın tələblərinə uyğun qurur. 

Rayonun qeyri-hökumət təşkilatlarını və vətəndaş cəmiyyətinin digər institutlarını təmsil edən şura rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq hesabat ili ərzində 4 ümumi yığıncaq keçirmişdir. Bu yığıncaqların ikisində rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak və çıxış etmişdir. Yığncaqlarda ilk növbədə rayon sakinlərini narahat edən sosial-iqtisadi məsələlərə ictimai şura tərəfindən göstərilən münasibət, qaldırılan məsələlərin həll olunması prosesi, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinin real vəziyyəti ciddi müzakirə olunmuşdur.

İctimai şuranın sədri Rüstəm Məlikov son bir ildə görülmüş işlər barədə məlumat verərək bildirmişdir ki, şuranın fəaliyyətinin yarısı pandemiya dövrünə təsadüf etdiyinə görə, bu dövrdə işlər  Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyəsi əsasında qurulmuşdur. Həmin dövrdə şura üzvləri istər yerli mətbuat, sosial şəbəkələr, istərsə də vətəndaşlarla görüşlər zamanı ictimai şuranın hüquq və vəzifələri barədə maarifləndirici görüşlər keçirmiş, insanları narahat edən məsələlərlə bağlı dinləmələr təşkil etmiş, onların arzu və təkliflərini öyrənmişlər. Qaldırılan məsələlər barədə dövlət qurumlarına, xüsusən, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatına məlumat verilmiş və müsbət həllinə nail olunmuşdur.
Şəhid valideynləri Mais Abbasov, Hikmət Salahov, Yenişar Qaraxanov, Arzu Quliyeva, İbrahim Mehdiyev, şəhid bacısı Sitarə Zeynalova və başqalarını narahat edən məsələlər ictimai şura üzvləri tərəfindən öyrənilmiş və həllinə köməklik göstərilmişdir.
İctimai şuralar bu gün respublikanın ictimai həyatında yeni fəaliyyət dövrünü yaşayır. Təsadüfi deyildir ki, bu ilin may ayından başlayaraq bölgələrdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı zona konfransları keçirmişdir. Salyan rayonunda fəaliyyət göstərən ictimai şuranın üzvləri də Şirvan şəhərində təşkil edilən növbəti zona konfransında iştirak etmiş və son bir ildə gördükləri işlərdən, əldə etdikləri müsbət təcrübədən və onları narahat edən digər məsələlərdən danışmışlar. Konfransda rayon icra hakimiyyətləri və ictimai şura münasibətləri sahəsində Salyanda qurulan iş müsbət qiymətləndirilmiş və bununla bərabər ictimai fəaliyyətin sosial media üzərindən təşkilinin müasir fəaliyyətdə daha çox səmərə verəcəyi qeyd edilmişdir.
Konfransdan qayıtdıqdan sonra Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şuranın üzvləri ilə görüşmüşdür. Konfransda qarşıya qoyulan məsələlər, bu məsələlərin müsbət həllinə nailolma istiqamətləri müəyyənləşdirilmişdir. Həmçinin, ictimai şuranın sədri Rüstəm Məlikov rayon İcra Hakimiyyəti qarşısında üzvlərin yeni təklif və rəyləri ilə çıxış etmiş, rayonda vətəndaşları narahat edən bir sıra sosial xarakterli məsələlərin həllinin vacibliyini önə çəkmişdir.  
Rayon İcra Hakimiyyətinin başçısı başçısı Sevindik Hətəmov qaldırılan hər bir məsələyə münasibət bildirmiş, onların həlli üçün görülmüş işlərdən danışmış və qeyd etmişdir ki, hər bir müraciət icra hakimiyyəti tərəfindən nəzarətə götürülür və onların həlli üçün müvafiq addımlar atılır. Eyni zamanda rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti rəhbər orqanlarına tapşırıq və tövsiyələrini vermişdir. 
Bu ilin iyul ayında ictimai şuranın üzvləri rayonun Marışlı və Seyidsadıqlı kəndlərini təmsil edən insanlarla görüş keçirmişdir. Marışlı kənd mədəniyyət evində keçirilən tədbirdə ərazidəki mədəniyyət, tibb və digər sahələrdə çalışan işçilər, özəl sahibkarlıqla məşğul olan insanlar iştirak etmişlər.
Çıxış edən İctimai Şuranın sədri Rüstəm Məlikov bildirmişdir ki, Marışlı kəndində keçirilən tədbirin məqsədi  burada yaşayanlara ictimai iştirakçılıq haqqında məlumat vermək, insanları dinləməklə onları narahat edən problem və qaldırılan məsələləri ümumiləşdirmək, bu barədə rayon İcra Hakimiyyəti başçısına və aidiyyəti təşkilatlara məlumatlar verməklə həllinə nail olmaqdır.
Canlı diskussiya şəraitində keçən yığıncaqda kənd mədəniyyət evinin kitabxana müdiri Bəhruzə Qurbanova, mədəni təşkilatçı Xandadaş Abdullayev, kənd sakinlərindən Esmira Cəfərova, Elçin Zamanov və başqaları çıxış edərək kənddə məşğulluğun artırılması, ərazinin əsas təsərrüfat və içməli su mənbəyi hesab olunan "Akkuşa" çayının məişət tullantıları ilə zibillənməsinin qarşısının alınması və digər məsələlər barədə danışmışlar.
Şura üzvlərindən Allahverdi Piriyev, Məhəmməd Ağayev müzakirə olunan məsələlərə münasibət bildirmiş və kənd adamlarını narahat edən məsələlər barədə rayon rəhbərliyinə məlumat verilməsi qərara alınmışdır.
Bu gün məmur-vətəndaş münasibətlərində əlçatanlığın təmin olunması işi birbaşa ictimai şuraların üzərinə düşür. Və bu münasibətlər get-gedə daha çox məmnunluq yaradır. Bununla belə, sosial inkişafdan doğan və vətəndaşları narahat edən məsələlər ictimai şura tərəfindən həll olunmaqdadır. Çünki yerlərdə şuralara inam və etibar getdikcə artır.

Leyla Nəsirova, 
Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04