Xəbər lenti
Nazir müavini: “Milli Observatoriya məqsədyönlü işlər görür”
2022-08-18 18:00:02
183 baxış
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasının üç illiyi münasibəti ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, ali təhsil müəssisələrinin, Azərbaycan Türk İş Adamları Birliyinin (ATİB) rəhbər şəxsləri, tədqiqat mərkəzlərindən nümayəndələr iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, Nazirliyin tabeliyində publik hüquqi şəxs olaraq yaradılan Milli Observatoriyanın sosial islahatlar prosesində önəmini vurğulayıb.
Nazir müavini əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsi, inkişaf meyillərinin öyrənilməsi üzrə monitorinqlərin aparılması, səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlanması istiqamətlərində qurum tərəfindən məqsədyönlü işlərin görüldüyünü qeyd edib.
V.Nəsirli Milli Observatoriyanın nazirliyin təlim bazası kimi də peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibində əhəmiyyətli rolunu diqqətə çatdırıb.
Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elnur Səfərli əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində qurumun fəaliyyətindən bəhs edib. Qurumda aparılan tədqiqatlara dair məlumatlar verilib. İşçilərin fəaliyyətinin qiymətləndirilməsi, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi və optimallaşdırılması üzrə xidmətlərin də hazırlanmaqda olduğu qeyd edilib.
Observatoriyada keçirilən təlimlərdən bəhs olunub. Sorğu müayinə mərkəzi olaraq qurumda yeni xidmətlərin bazar araşdırmasının, vətəndaş və işçi məmnuniyyəti sorğularının həyata keçirildiyi də bildirilib.
Vurğulanıb ki, Milli Observatoriya təhlil və tədqiqat mərkəzi olaraq regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilməyi hədəfləyir.
ATİB sədri Cemal Yaygın və gözdən əlilliyi olan professor Elnur Eyvazov fəxri qonaq qismində çıxış ediblər.
Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqi istiqaməti üzrə təlim kurslarındakı əlilliyi olan şəxslərin ifalarından ibarət konsert proqramı ilə yekunlaşıb.
Aysel Şahmar
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir