Xəbər lenti
Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının konfransı keçirilib
2022-08-17 03:00:03
83 baxış
İyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilib.
APA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilib.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışında rəhbəri olduğu qurumun Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türk Dövlətləri Təşkilatına qoşulması ilə bağlı təşəbbüsünün tərəfdaş ölkələr tərəfindən dəstəkləndiyini və bu iclasda bununla əlaqədar Niyyət Protokolunun imzalanacağını məmnunluqla qeyd etmiş, təşkilatın adının dəyişdirilərək “Türk dövlətləri xüsusi xidmət orqanları” adlanmasına dair təklif irəli sürmüşdür. DTX-nin rəisi dünyada cərəyan edən qlobal kataklizmlərin və proseslərin regionumuzun təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini qeyd edərək türkdilli dövlətlərin birgə fəaliyyətinə yenidən baxılmasının vacibliyinə toxunmuş, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, ekstremizm və radikalizmin yeni təzahürlərinin meydana çıxmasının, müharibə və münaqişələr nəticəsində müvafiq ölkələrdən qaçqın axının həmin insanlar arasında olan radikalyönümlü şəxslərin ölkələrarası hərəkət imkanlarının genişlənməsinə şərait yaratmasının xüsusi narahatlıq doğurduğunu bildirmişdir. Göstərilən məsələlərlə əlaqədar, türkdilli dövlətlərin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlıq münasibətlərinin maksimum dərəcədə sıx qurulmasının, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin daha da effektiv təşkil edilməsinin, birgə səylərin bundan sonra da əzmlə davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
General-polkovnik Əli Nağıyev çıxışında bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyətinin mütəmadi davam etdirildiyini, həmçinin Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırmış və bildirmişdir ki, respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaqdır.
Konfransın sonunda üzv dövlətlər tərəfindən müvafiq sənədlərin imzalanması mərasimi olmuşdur.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir