Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Regekampf: “Hamıya göstərməliyik ki, birinci oyundakı nəticə təsadüfi idi”

2022-08-16 22:30:02 71 baxış
Xəbər şəkil
“İlk oyunda Kiprdə məğlub olduq. Həmin görüşü təhlil etdik, danışdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının II təsnifat mərhələsidə Kipr klubu “Aris”lə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib. 47 yaşlı rumıniyalı mütəxəssis ilk görüşdəki 0:2 hesablı məğlubiyyətin revanşı barədə bunları bildirib: “Sabaha yeganə şansımız, məqsədimiz var: meydançada hamıya göstərməliyik ki, birinci oyundakı nəticə təsadüfi idi. “Aris”ə böyük hörmətlə yanaşırıq. Amma sabah əlimizdən gələni edəcəyik ki, dönüş yarada bilək. Həm özümüz, həm də fanatlarımız üçün qələbə qazanaraq, növbəti mərhələyə adlamağa çalışacağıq”. - Sabahkı matçla bağlı qarşıya qoyulan məqsəd nədir: baxımlı oyun göstərmək, yoxsa mərhələ adlamaq? - İlk oyundan əvvəl də bunu demişdim. Biz indi rəqibi daha yaxşı tanıyırıq. İlk görüşdə “Aris”in yüz faizlik şansı var idi, top qapı tirindən döndü. Həmçinin bizim də imkanlarımız oldu. Bir epizodda da penaltimiz verilmədi. İkinci məqam odur ki, rəqibin mərkəz müdafiəçisinin sarı vərəqəsi var idi. Bizim qapıçıya qarşı kobudluq etdiyi zaman ikinci sarı vərəqə ilə meydandan qovulmalı idi. “Aris”in aqressiv oynaması normal idi, evdə oynayırdı. Biz də sabah eyni şeyi etməyə çalışacağıq. Öz komandama güvənirəm. İnanıram ki, gözəl oyunla lazımi nəticə əldə edəcəyik. Bunu necə edəcəyimizi sabah meydanda görəcəksiniz. - Birinci oyunda rəqibin göstərdiyi oyunun “Neftçi”nin üzərindəki təsiri necə idi? Həmçinin məşqçiyə olan təzyiqlər hansı formadadır? - Düşünürəm ki, dediklərimin hamısı düzgün tərcümə olunur. Burada “Aris”in əleyhinə danışmaq və ya onlar haqda pis söz demək üçün gəlməmişəm. Yalnız öz fikirlərimi çatdırmağa çalışıram. Buradan “Neftçi” fanatlarına mesaj göndərmək istəyirəm ki, sabah döyüşəcəyik. Çalışacağıq döyüşkən komanda quraq. Mən öz oyunçularıma siqnal ötürməliyəm, onlar da meydanda buna əməl etməlidirlər. İtiriləsi heç nəyimiz yoxdur. Birinci oyunun ilk 20 dəqiqəsində meydanda yatdıq, 2 qol buraxdıq. Səmimi desəm, 3-cü topu da buraxmalı idik. 3-cü qolu buraxsaydıq, köklənmək daha çətin olardı. Ona görə də bu, mənim üçün işarədir. Oyunçularıma düzgün göstəriş verməyə çalışıram. Həftə ərzində bütün səhvlərimizi izah etdim. Dönüş yaratmaq üçün əlimizdən gələni etməli və 90 dəqiqənin ardından nəticəyə baxmalıyıq. İndidən deyə bilmərəm ki, sabah 5 qol vuracağıq. Amma onu deyə bilərəm ki, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. - Start heyətini müəyyənləşdirmisiz? Hansısa mövqe ilə bağlı tərəddüdünüz var? - Əlbəttə, müəyyənləşdirmişəm. Dəyişiklik olub-olmayacağını deyə bilmərəm. Sabah start heyətində kim olacağını da deyə bilmərəm. Amma əminəm ki, sabah oyunçularımız meydanda tam başqa cür çıxacaq. Dolu tribunaların təzyiqinin oyunçularımıza müsbət təsir edəcəyini düşünürəm. Sabah fanatlarımızla qələbəni qeyd edəcəyimizə inanıram. - Demək olar ki, yay transfer pəncərəsinin ən fəal komandası oldunuz. Amma yeni gələnlər ilk görüşdə tam gözləniləni edə bilmədilər. Alınan futbolçuların neçə faizi sizi sisteminizə uyğundur? - Edilən bütün transferlər rəhbərlik, skaut departamenti, məşqçi korpusu olmaqla hamımız birlikdə etmişik. Vaxt azlığından daha çox variantlara baxa bilmədik. Düşünürəm ki, düzgün seçimlər etmişik. Bu transferlər də “Neftçi”yə xeyirli olacaq. - Azarkeşlərə mərhələ adlamasanız belə, qələbə qazanacağınıza söz verirsiniz? - Danışmaq, söz vermək çox asandır. İlk oyundan sonra çox üzülmüşdüm. Fanatlarımızla da görüşümüz olub. Əminliklə deyə bilərəm ki, qələbə üçün əlimizdən gələni edəcəyik. Güclü rəqibə qarşı oynayacağıq. Bir yerdə yaxşı çıxış edirlər. Ehtiyatlı olmalıyıq. Sabah nə etməli olduğumuzu bilirik. Futbolçularım da başa düşür.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04