Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Reza Deqatinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

2022-08-13 08:00:03 10735 baxış
Xəbər şəkil

Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyi münasibətilə “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib.

Kanal4.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi tərəfindən Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, dünyada 40 milyona yaxın azərbaycanlı yaşayır və onlar arasında çox sayda Azərbaycanı təmsil edən insanlar var. Nazirin sözlərinə görə, Reza Deqatinin fəaliyyəti xüsusilə seçilir: “Onun həyatı ilə bağlı sənədli və bədii filmlər hazırlanacaq. Bu sənət əsərinə baxanda görürük ki, o, dünyanın ən qaynar nöqtələrində olub, ən qaynar nöqtələrdə baş vermiş hadisələri “fotoaparatının gözü” ilə dünyaya çatdırıb. O, əsl Azərbaycan oğlu kimi ölkəmizin ağır dönəmində də, müstəqilliyimizin bərpasında da bizim yanımızda olub. Ölkəmizin işğala məruz qaldığı zaman, insanlarımızın o torpaqlardan qovulduğu zaman, soyqırımı zamanı Reza Deqati dünyanın başqa yerlərində öz işini qoyub ölkəmizə gəlib və burda fəaliyyət göstərib. Bu da onun Azərbaycan üçün gördüyü işin ən böyük nümunəsidir. Müharibənin ən qızğın dövründə Azərbaycanın işğal olunan ərazilərini qarış-qarış gəzərək erməni vəhşiliyini dünyaya çatdırıb. Azərbaycan o zaman çox ağır informasiya blokadasında idi. Ölkəmizə qarşı silahlı müharibə ilə yanaşı, informasiya müharibəsi də aparılırdı. Bu blokadanın yarılmasında ən böyük xidmət göstərənlərdən biri də məhz Reza Deqati olub və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb”. Nazir qeyd edib ki, onun dünyanın ən mötəbər sərgi salonlarında nümayiş olunan fotoları ilə də ermənilərin ölkəmizə qarşı vəhşiliyi, soyqırımı siyasəti, mədəni abidələrimizin dağıdılması faktları dünyaya bəyan edilib: “Reza Deqati torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi dövründə də işğaldan azad olunan ərazilərimizi günbəgün paylaşır və Azərbaycanın haqlı savaşına öz dəstəyini verirdi. Buna görə də Reza bəyə təşəkkürlərimizi bildirmək istərdik. Reza Deqati fotolarında ilk növbədə dünyaya sülh mesajlarını verib. İkinci çox önəmli mesajı humanizmdir. Təbii ki, üçüncü ən vacib mesaj da yaddaşdır. O, hər bir əsərində ədalətsizliyi, müharibəni, təcavüzü tarixin yaddaşına yazıb. Hesab edirəm ki, Reza Deqati yaradıcılığı ilə bu 3 mesajı dünyaya çatdırmaqla çox böyük işlər görüb. Reza Deqati 55 illik peşə fəaliyyəti ərzində neçə-neçə mükafat qazanıb. Amma hesab edirəm ki, ona verilən ən böyük mükafat ötən gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilməsidir”. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da Reza Deqatinin fəaliyyətindən söz açıb. Onun Birinci Qarabağ müharibəsi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi xalqımızın ən ağır günlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri olduğunu bildirib: “Biz o fotolara hər zaman baxırıq. Bir tərəfdən insan dəhşətə gəlir. O fotolara gözü yaşlı baxmamaq olmur. Digər tərəfdən isə onun ölkəmizin təbiəti, ənənələri ilə bağlı çəkdiyi fotolar insanda heyranlıq yaradır", - o qeyd edib. Daha sonra tədbir xalq artisti Mənsum İbrahimov, əməkdar artist Sahib Paşazadə və digər sənətçilərin ifasında konsert proqramı ilə davam edib.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04